Şirvan REŞ müəssisəsində təmir işləri aparılır
13 noyabr 2011 | 16:00
Cənub bölgəsinin elektrik enerjisinə tələbatının ödənilməsində mühüm rol oynayan Şirvan Regional Elektrik Şəbəkəsi (REŞ) müəssisəsində qış mövsümünə hazırlıq məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
Cari ilin son üç ayında şəbəkədən Şirvan, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Hacıqabul və Qaradağ rayonunun Ələt qəsəbəsinin inzibati ərazilərində yerləşən elektrik verilişi xətlərində və yarımstansiyalarında cari və əsaslı təmir işləri aparılmışdır.
Müəssisənin balansına aid “Cənub”, “Muğan”, Masallı, “Neftçala”, “Salyan”, “Lerik” və digər yarımstansiyalarda müxtəlif güclü transformatorlar təmir edilərək normal iş rejiminə gətirilmişdir.