Şriftin ölçüsü :

Saytın rəngi :

Xüsusi karantin rejimi dövründə Şirvan şəhərində ehtiyacı olan ailələrə ərzaq yardımlarının göstərilməsi davam edir.

24 aprel 2020 | 16:00

Koronavirus pandemiyasının yayıldığı müddətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin düşünülmüş sosial-iqtisadi siyasətinin əsasını əhalinin sosial cəhətdən həssas  qruplarının etibarlı müdafiə sistemi ilə əhatə olunması təşkil edir. Bu baxımdan dövlət rəhbərliyi qabaqlayıcı tədbirlərini davam etdirir, aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində bütün lazımi imkanlardan istifadə olunur. Pandemiya dövründə illkin mərhələdə 200 min aztəminatlı təbəqədən olan vətəndaşın dövlət tərəfindən verilən 190 manat vəsaiti alması nəzərdə tutulsa da, cənab prezidentin göstərişi ilə bu kateqoriyaya aid olan insanların sayının 600 min nəfərə çatdırılması nəzərdə tutulmuşdur. Hazırda Şirvan şəhəri üzrə işsiz kimi qeydiyyata götürülmüş 3900 nəfərdən çox aztəminatlı vətəndaşın şəhər poçt şöbələrindən və bank filiallarından 190 manat vəsaiti alması təmin olunmuşdur.
    Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyevlə birlikdə infeksiyanın yayılmasının qarşısının alınması məqsədi ilə xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq şəhərə giriş-çıxışa nəzarət məqsədi ilə yaradılmış postlarda mövcud iş rejimi ilə yenidən tanış olmuş, müfaviq tapşırıq və tövsiyələrini vermişdir.
    Ölkəmizdə elan olunmuş karantin rejimi müddətində bir sıra kiçik müəssisələrin fəaliyyətini müvəqqəti olaraq dayandırması və insanların işsiz qalmasını nəzərə alan Şirvan şəhər İcra Hakimiyyətinin sosial müdafiəyə ehtiyacı olan ailələrə köməklik göstərilməsi ilə bağlı təşəbbüsünə 23 aprel 2020-ci il tarixində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və Şirvan Su-Kanal İdarəsi də  qoşulmuş, şəhərin müxtəlif ünvanlarında yaşayan sosial müdafiəyə ehtiyacı olan 80 ailə ziyarət edilmiş və onlara gündəlik tələbatları üçün lazım olan ərzaq məhsulları verilmişdir.
     Eyni zamanda şəhər sakinlərinə özlərinin və ailə üzvlərinin sağlamlıqları naminə xüsusi karantin rejiminin tələblərinə və sanitar-epidemioloji normalara ciddi əməl etmələri və milli həmrəylik nümayiş etdirərək evdə qalmaları tövsiyə edilib.
     Şəhər sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və onlara göstərilən köməkliyə görə öz minnətdarlıqlarını bildiriblər.                                                                              

Keçidlər