Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzadan 34 il ötür.
1986-cı il aprel ayının 26-da Ukraynanın Çernobıl Atom Elektrin Stansiyasında 4-cü blokda baş verən qəzadan 34 il ötür. Faciənin fəsadlarının aradan qaldıılmasında Şirvan şəhərindən də 120 nəfər iştirak etmişdir. Onlar şüalanma nəticəsində sağlamlıqlarını itirərək əlil olmuşlar. Ölkəmizdə Çernobıl faciəsinin yaratdığı fəsadların aradan qaldırılmasınada iştirak edən əlillərə dövlətimiz həmişə diqqə və qayğı ilə yanaşmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Çernobıl əlillərinə göstərdiyi diqqət və qayğı bugün də davam etdirilir. Onlara əlilliyə görə pensiya ilə yanaşı prezident təqaüdü də verilir.
Faciənin ildöndümü hər il Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən geniş qeyd edilib, Çernobıl əlillərinin ailələrinə maddi yardımlar göstərilib. Bu il faciənin 34-cü ildönümü dünyanı bürüyən yeni növ koronavirus(COVİD-19) pandemiyası ilə əlaqədar ilk dəfə olaraq ölkəmizdə xüsusi karantin rejimi şəraitində qeyd edilir.
Ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi müddətində Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı ailələrə, əlillərə, o cümlədən Çernobıl Əlillərinə maddi köməklilk göstəriib, gündəlik tələbatları üçün lazım olan ərzaq məhsulları verilib. Onlara xüsusi karantin rejiminin tələblərinə və sanitar-epidemioloji normalara ciddi əməl etmələri və milli həmrəylik nümayiş etdirərək evdə qalmaları tövsiyə edilib.
Köməklik göstərilən aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.