Şriftin ölçüsü :

Saytın rəngi :

Məhəmməd Füzuli adına Şirvan şəhər Parkında əsaslı yenidənqurma işləri davam edir.

08 may 2020 | 16:00

Ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr sırasında abadlıq-quruculuq işlərinə xüsusi yer ayrılır. Bir çox küçə və prospektdə yaşayış binları və parkların müasir üslubda bərpası, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yol infrastrukturunun təmiri işləri davam etdirilir. Ölkə prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin digər bölgələri kimi Şirvan şəhəri də abadlaşmaqda və müasirləşməkdə davam edir. Ölkə başçısının görüləcək abadlıq və quruculuq işlərinin günün tələbləri səviyyəsində qurulması ilə bağlı tövsiyyə və tapşırıqlarına müvafiq olaraq, 2020-ci ilin keçən dövrü ərzində Şirvan şəhərində sosial-infrastruktur layihələrinin icrası uğurla davam etdirilir.
   Həyata keçiriləcək abadlıq-quruculuq işləri içərisində Məhəmməd Füzuli adına Şirvan şəhər Mədəniyyət və İstirahət parkının əsaslı şəkildə yenidən qurulması xüsusi yer tutur. Hazırlanmış xüsusi layihə əsasında ərazisi 7,4 hektar olan parkda birinci mərhələdə nəzərdə tutulmuş işlərin icrasına başlanılıb, parkın mərkəzi hissəsində yerləşən kanalın və süni gölün xüsusi texnikalar vasitəsi ilə təmizlənməsi başa çatdırılıb. Kanalın layihələndirilməsi məqsədi ilə “Sukanal” Elmi-Tədqiqat və Layihə İnistutuna müraciət olunub.
   “Xocalıya ədalət” beynəlxalq  maarifləndirmə kampaniyası çərçivəsində fevral ayında keçirilən ağacəkmə aksiyasında parkda Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə 613 ağac əkilib.
   Ərazidə olan yaşıllıq sahələrindəki qurumuş ağaclar götürülmüş, digərləri isə budanaraq səliqə-səhmana salınmışdır. Uzun illər istifadəsiz qalmış və istismara yararsız vəziyyətə düşmüş əylanəcə və idman qurğuları, körpülər, kommunikasiya xətləri parkın ərazisindən sökülərək götürülmüşdür. Tikinti işlərinin aparılması məqsədi ilə parkın ərazisinə 2000 kub metrdən çox ağ qum tikinti materialı daşınmışdır. Parkda aparılan yenidənqurma işləri ilə bərabər N.Nərimanov küçəsində 11 fərdi yaşayış evinin kanalizasiya xətlərinin çıxışı təmin edilmiş, diametri 250 mm-lik 185 p/m koreqa borudan ibarət yeni kanalizasiya xətti çəkilmişdir.
   Hazırda parkda əsaslı yenidənqurma və təmir işləri davam etdirilir.

Keçidlər