Şriftin ölçüsü :

Saytın rəngi :

"Azərbaycanı tanı" adlı onlayn fərdi bilik yarışması keçirilib.

08 may 2020 | 16:00

Şirvan şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq 06-08 may 2020-ci il tarixlərində Şirvan şəhər İcra Hakimiyyəti, şəhər Gənclər və İdman İdarəsi və şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibəti ilə “Azərbaycanı tanı” adlı onlayn bilik yarışması keçirilib.
   Bilik yarışmasını keçirməkdə əsas məqsədi Ulu öndərin Azərbaycan uğrunda mübariz həyat tərzini, zəngin irsini və milli dəyərlərimizə bağlılığını şagirdlərə aşılamaq, şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsinə şərait yaratmaq, onlar arasında müxtəlif intellektual oyun növlərini təbliğ etmək, istedadlı məktəbliləri üzə çıxarmaq, onların Azərbaycan tarixi haqqında daha geniş biliklərə sahib olmalarına köməklik göstərməkdir.
   28 nəfərin məktəblinin iştirakı ilə keçirilən müsabiqə qrup və final mərhələləri olmaqla keçirilib və məktəblilər tərəfindən böyük maraqla qarşılanıb. Yekun nəticələrə əsasən şəhər 9 nömrəli tam orta məktəbin şagirdi Elanə İslamova I yerə, 11 nömrəli tam orta məktəbin şagirdi Həmid Mirzəyev və 13 nömrəli tam orta məktəbin şagirdi Ceyhun Abdullayev müvafiq olaraq II və III yerlərə layiq görülüblər.
   Müsabiqənin qalibləri diplom və hədiyyələrlə təltif olunacaqlar.

Keçidlər