Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhəri ərazisində koronavirus pandemiyası əleyhinə profilaktik tədbirlər davam etdirilir.

08 may 2020 | 16:00

Koronavirus infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə şəhər ərazisində zəruri və qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir.
    Xüsusi karantin rejminin uzadılması və tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərardan irəli gələn vəzifələrlə əlaqədar Şirvan şəhər İcra Hakimiyyətində video-konfrans şəklində müşavirə keçirilib. Xüsusi karantin rejiminin tələblərinə və sanitariya-gigiyena qaydalarına bundan sonra da ciddi riayət edilməsi və profilaktik tədbirlərin davam etdirilməsi barədə aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.
    Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli 160 nömrəli Qərarı ilə xüsusi karantin rejimi dövründə qida məhsullarının ticarəti üzrə fəaliyyət, ictimai-iaşə müəssisələrinin fəaliyyəti, turizm və hotelçilik fəaliyyəti, ictimai nəqliyyatın fəaliyyəti, müxtəlif ticarət və xidmət sahələrində fəaliyyət, ofislərdə və vətəndaşların qəbulunu həyata keçirən qurumların fəaliyyəti ilə əlaqədar metodiki göstərişlər hazırlanmış və qeyd olunan sahələrdə xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi nəzərdə tutulmuşdur. Qeyd olunan sahələr və istiqamətlər üzrə aidiyyəti idarə və müəssisələr sanitariya vəziyyətinin tənzimlənməsi ilə əlaqədar metodiki göstərişlərlə tanış edilmiş, aidiyyəti qurumlar tərəfindən riayət edilməsinə şəhər İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət edilir. Pozuntu hallarına yol vermiş qurumlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcəkdir.
    Əhalinin sağlamlığının qorunması məqsədi ilə gün ərzində şəhərin küçə və prospektləri xüsusi texnikalarının köməyi ilə dezinfeksiyaedici maddələrlə təkrarən yuyulub, Gigiyena və Epidemiologiya Mərkəzinin və şəhər Bələdiyyəsinin sanitar işçiləri tərəfindən yaşayış binalarının ətrafında, giriş bloklarında, pilləkən qəfəslərində və pilləkənlərdə, ticarət və xidmət obyektlərində, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində, ödəniş terminallarında, park və xiyabanlarda, avtomobil dayanacaqlarında profilaktik dezinfeksiya işləri davam etdirilib.
    Şəhər sakinlərinə fəaliyyətinə icazə verilmiş ticarət və xidmət obyektlərində, sərnişin daşıma xidməti göstərən bütün növ avtonəqliyyat vasitələrində öz sağlamlıqları naminə müəyyən olunmuş sosial məsafənin gözlənilməsini və şəxsi dezinfeksiya-mühafizə vasitələrindən istifadə etmələrini tövsiyyə edirik.

Keçidlər