Şriftin ölçüsü :

Saytın rəngi :

Ad günün mübarək, Ulu Öndər.

10 may 2020 | 16:00

Azərbaycan xalqının milli mənlik şüurunun oyanmasında, müstəqil dövlətçilik təfəkkürünün formalaşmasında Ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətləri vardır. Bu baxımdan Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinin hər bir məqamı Azərbaycan xalqının qürur və iftixar mənbəyidir.
    Ümummilli lider Heydər Əliyev respublikaya rəhbərliyi dövründə milli maraqlarımızın qorunmasına, milli şüurun, müstəqil dövlətçilik təfəkkürünün formalaşıb möhkəmlənməsinə, müstəqilliyimizin iqtisadi əsaslarının yaradılmasına, ideoloji prinsiplərin, milli kadrların hazırlanmasına xüsusi önəm vermişdir.
    İstedadlı gənclərin keçmiş SSRİ-nin nüfüzlü ali məktəblərinə oxumağa göndərilməsini təşkil edirdi. Təhsilini başa vurub respublikamıza qayıdan gənc mütəxəssislərə lazimi şərait yaradılırdı. Bir sözlə ölkədə bilik yeganə meyara, ”Qoy ədalət zəfər çalsın”şüarı həyatın reallığına çevrilmişdir.
    Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə milli mənəvi dəyərlərimizə, adət-ənənələrimizə diqqət daha da artırıldı.
    Şifahi xalq ədəbiyyatı nümunələrinin, klassiklərin əsərlərinin nəşr edilməsi ilə ölkədə milli ruhun oyanmasına çalışırdı.
    Azərbaycanda yeni ali və orta ixtisas məktəbləri, orta məktəb binaları, mədəniyyət ocaqları inşa edilirdi. Təhsilin, səhiyyənin maddi texniki bazası, kadr potensialı milli kadrlarla gücləndirildi.
    Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə iqtisadiyyatın bütün sahələri, o cümlədən kənd təsərrüfatı sürətlə inkişaf edir, əhalinin sosial problemləri ardıcıl həll olunurdu.
    Bu proses, Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olan dövrdə də davam etdi. Onun diqqət və qayğısı sayəsində ölkəmizin sosial-iqtisadi inkişafında böyük nailiyyətlər  əldə olundu.
    Xalqın milli azadlıq, müstəqillik uğrunda mübarizə əzmini qırmaq üçün Sovet ordusu 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıya yeridildi. Bakıda tarixdə anoloqu olmayan kütləvi qırğınlar törədildi. Bakıda fövqəladə vəziyyət elan olundu.
    Xalqımızın ümummilli lideri Heydər Əliyev 1990-cı ilin yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək 20 yanvar faciəsini törədən və ona rəvac verənlərin əməllərini qətiyyətlə pisləyib günahkarları ittiham etdi. Törədilən təcavüzə, faciəyə siyasi qiymət verdi. Onu dünya ictimaiyyətinə çatdırdı. Vəziyyətdən çıxış yollarını göstərdi. Ulu öndərin bu çıxışı Azərbaycanda milli şüurun, ictimai fikrin inkişafında yeni mərhələnin əsasını qoydu. Xalqın gözünü açdı. Azərbaycanı müstəqil dövlətçilik yoluna yönəltdi.
    Ümummilli lider Heydər Əliyev Naxçıvanda milli dövlətçiliyimizlə bağlı taleyüklü qərarlar qəbul etdi. 1990-cı ilin noyabrın 17-də ilk dəfə Naxçıvanda üç rəngli bayrağımız qaldırıldı. 20 yanvar faciəsinə hüquqi-siyasi qiymət verildi.
    Xalqın təkidi, tələbi ilə müdrik siyasətçi, böyük dövlət xadimi Ümummilli liderimiz Heydər Əliyev Bakıya dəvət edildi. 1993-cü ilin iyulun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Milli Məclisinin sədri seçildi.
    O, ölkədə ictimai-siyasi sabitliyi təmin etdi. Atəşkəsə nail oldu. Dağıdılmış iqtisadiyyatı, beynəlxalq əlaqələri yenidən qurdu. Silsilə dövlət çevrilişinə göstərilən cəhdlərin qarşısını aldı. Qeyri-qanuni silahlı dəstələri, hərbi birləşmələri ləğv etdi. Güclü milli ordu yaratdı. Ölkədə iqtisadi, siyasi islahatlar həyata keçirdi. Xarici kapitalın neft sənayesinə yönəldilməsini təmin etdi. “Əsrin müqaviləsi” neft kontraktlarının imzalanmasına nail oldu. Azərbaycan neftinin dünya bazarına çıxarılmasını təmin etdi.
    Qarabağ  problemini  sülh, danışıqlar yolu ilə həll etmək üçün fəal daxili və xarici siyasət yeritməyə başladı. Azərbaycanı müstəqil dövlət kimi bütün dünyaya tanıtdı. Heydər Əliyev diplomatiyası Azərbaycanın düşdüyü informasiya blokadasını dağıtdı. Xalqın haqq sözünü, mövqeyini bütün dünyaya bəyan etdi. Azərbaycan dünyanın ən möhtəbər Beynəlxalq təşkilatlarına üzv qəbul olundu.
    Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanda milli həmrəyliyə, milli birliyə nail olur.
    Birinci vitse-Prezidentimiz, Heydər Əliyev Fondunun Prezidenti hörmətli Mehriban xanım Əliyevanın humanizmə, mərhəmət və nəcibliyə söykənən hərtərəfli fəaliyyəti, ölkəmizdə sosial-iqtisadi və mədəni inkişafın təmin olunmasına, doğma torpqlarından didərgin düşmüş soydaşlarımızın problemlərinin həllinə, elmin, təhsilin,səhiyyənin və idmanın inkişafına, milli-mənəvi dəyərlərimizin təbliğinə və zənginləşməsinə hesablanmış mühim layihələri müvəffəqiyyətlə həyata keçirməsi, ölkəmizin tolerant, multikultural həyat tərzini dünya ictimaiyyətinə çatdırması Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da gücləndirir, Heydər Əliyev siyasi kursuna yeni - yeni töhfələr verir.
    Ümummilli lider Heydər Əliyevin yaratdığı Müstəqil Azərbaycan bu gün onun siyasi varisi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənir və inkişaf edir. Regionun söz sahibinə, güclü dövlətinə çevrilir.
    Ad günün mübarək, Ulu Öndər !                                                                                             

Keçidlər