Şriftin ölçüsü :

Saytın rəngi :

BUNUN BİR ADI VAR: -XƏYANƏT! Heç kimə heç bir imtiyaz verilmir və verilməyəcək.

12 may 2020 | 16:00

Bəli, ölkə Prezidenti İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni gündən-günə gücləndirir. Bu istiqamətdə doğru və qətiyyətli addımlar atır. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə müxtəlif sahələrdə islahatlar uğurla həyata keçirilir. İslahatlar sosial-iqtisadi sahələri əhatə etməklə yanaşı struktur dəyişikləri qaçılmaz edib.
   Dövlət başçısı islahatları həyata keçirməklə yanaşı, korrupsiyaya və digər mənfi əməllərə qaşı da mübarizənin gücləndirilməsini vacib sanır.
    Bu gün bəşəriyyət koronovirus kimi ciddi pandemiya ilə üz-üzədir. Azərbaycan dövləti vətəndaşların sağlamlığının, təhlükəsizliyinin təmini məqsədi ilə qabaqlayıcı tədbirlər görmüşdür. Bu məqsədlə həyata keçirilən tədbirlər müsbət nəticəsini göztərir.
    Təəssüf ki, belə ağır günlərdə xalqın, dövlətin malını mənimsəyən məmurları da gördük. Belələri öz naqis əməlləri ilə xalqın haqlı tənbehləri ilə qarşılaşdılar. Qanunlarımız isə  kəskinliyi ilə özünü göstərdi.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ən möhtəbər iclaslarda, müsahibələrində dönə-dönə vurğulamışdır ki, dövlət qulluqçusu, hər bir məmur xalqın xidmətində olmalıdır. Onlar insanlara qarşı diqqətli olmalı, hər bir xahişə, təklifə, şikayətə həssaslıqla yanaşmalıdırlar. Son vaxtlar qarşılaşdığımız üzücü hadisələr heç də bütün məmurların dövlət başçısının tapşırıq və tövsiyələrinə əməl etmədiklərini göstərdi. Onlar nəinki rüşvət alır, korrupsiya çirkabına yuvarlanıblar, eyni zamanda bu ağır gündə imkansıza, kasıba ayrılan ərzağa da göz dikiblər. Bunun bir adı var:-xəyanət!
    Bəli, bu dövlətə, xalqa xəyanətdir.  Böyük etimad göstərib bir rayonu, bir şəhəri sənə etibar etmiş dövlət başçısına xəyanətdir. Xəyanət isə bağışlanmır. Ölkə Prezidenti İlham Əliyevin burada müdrik bir kəlamını xatırlamamaq olmur: “ Heç kimə heş bir imtiyaz verilmir və verilməyəcək”.
    Son bir neçə ay ərzində yüksək vəzifəli məmurların rüşvətxorluğa, korrupsiyaya görə cinayət məsuliyyətinə cəlb olunması bunu bir daha sübut etdi. Prezidentin tövsiyələrindən nəticə çıxarmayan bəzi sabiq icra başçıları qanun qarşısında cavab veməli oldular. Ağstafa, Yevlax, Neftçala, Biləsuvar, İmişli rayon İcra Hakimiyyəti başçılarına qarşı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən uğurlu əməliyyatlar keçirildi, onların rüşvət almaları barədə təkzibolunmaz sübutlar təsdiqləndi. Barələrində cinayət işi açıldı. Məhkəmə tərəfindən həbs qətiimkan tədbiri seçildi.
     Sosial müdafiəyə ehtiyacı olan şəxslərin əməkhaqqı kartlarını mənmsəyənlərə nə ad vermək olar?
   Vəzifədən, göstərilən etimaddan sui-istifadə edən məmurların hərəkətlərini necə qiymətləndirməliyik?! Əhalinin sosial rifahını yaxşılaşdırmağa hesablanmış aztəminatlı təbəqə  üçün ictimai iş yerlərinin yaradılması məqsədi ilə ayrılmış pula göz dikənlərə nə ad verəsən?!
    Bəzi rayon, şəhər icra hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin koronovirus pandemiyası dövründə qanunazidd hallara yol vermələri də bağışlanılmazdır. Belələri haqqında aidiyyatı üzrə rayon və şəhər prokurorluğunda cinayət işləri açılıb.
    Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Respublikanın Baş prokurorunu təyin etdi. Dövlətimizin başçısı Baş prokuror Kamran Əliyevi vidioformatda qəbul edərkən korrupsiya və rüşvətxorluqla mübarizə tədbirlərinin bundan sonra da davam etdiriləcəyini bir daha bəyan etmişdir.
    Bəli, bu gün Azərbaycan Respublikasında dövlət strukturlarının əhalinin sağlamlığının qorunması, digər sahələr üzrə xidmət fəaliyyətinin təşkili istiqamətində səfərbər olunduğu  bir vaxtda bəzi məmurların mövcud vəziyyətdən öz şəxsi maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının işinə kölgə salan hüquqazidd əməllərə yol verilməsinə dair məlumatlar əsasında araşdırmalar davam etdirilir, günahkarlar barədə ölçü götürülür.  Bu şəhərimizin ağsaqqallarının da ürəyindəndir. Biz şirvanlılar həmişə Prezident İlham Əliyevə, Birinci vitse- prezident Mehriban xanım Əliyevaya arxa, dayaq olmuşuq və bundan sonra da olacağıq.
    Biz dövlət qurumları, vətəndaş cəmiyyətləri ilə bir nöqtəyə vurmalıyıq. Biz həmrəylik göstrəmişik və göztərəcəyik də.  Biz ağsaqallar da koronovirus kimi pandemiya üzərində qələbə qazanılmasında Prezidentin yaxın köməkçisi olduğumuzu əməli işimizlə sübüt edəcəyik.
    Biz korrupsiya və rüşvətxorluğa yox  deyirik. Bu istiqamətdə Prezident tərəfindən atılan hər bir addımı dəstəkləyirik.

Fəxrəddin Rəhimov,
      Şirvan şəhər Ağsaqallar şurasının sədri

Keçidlər