Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən növbəti video-müşavirə keçirilib.

13 may 2020 | 16:00

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli 163 nömrəli Qərarından irəli gələn vəzifələrlə əlaqədar Şirvan şəhər İcra Hakimiyyətində növbəti video-konfrans şəklində müşavirə keçirilib.
   Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun rəhbərliyi ilə keçirilən müşavirəyə Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhərin səhiyyə, təhsil və mədəniyyət müəssisələrinin rəhbərləri, şəhər Bələdiyyəsinin sədri, şəhər Məşğulluq Mərkəzinin direktoru, Statistika idarəsinin rəisi, xidmət təşkilatlarının rəhbərləri, şəhər və qəsəbə icra nümayəndələri qatılıb.
   Video-müşavirədə çıxış edən Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov koronavirus(COVID-19) pandemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə zəruri qabaqlayıcı tədbirlər görüldüyünü, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin davam etdirildiyini bildirib.
   İlqar Abbasov xüsusi karantin rejimi müddətində təxirəsalınmaz tədbirlərlə əlaqədar şəhər İcra Hakimiyyəti tərəfindən Operativ Qərərgahın yaradıldığını, həyata keçiriləcək işlərlə əlaqədar tədbirlər planının təsdiq edildiyini və sanitariya-gigiyena qaydalarına ciddi riayət edilməsi istiqamətində profilaktik tədbirlərin davam etdirildiyini qeyd edib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə karantin rejimi dövründə fəaliyyətinə icazə verilmiş sahələr üzrə metodiki göstərişlərin hazırlandığı və həmin göstərişlərə uyğun olaraq xüsusi karantin rejimi dövründə sanitariya vəziyytinin tənzimləndiyi bildirilib.
   İcra Hakimiyyətinin başçısı İlqar Abbasov cənab Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan və dövlətin mənafeyinə ciddi zərbə vuran şəxslərin dövlət tərəfindən ciddi cəzalandırılmasının davam etdirildiyini, eyni zamanda xüsusi karantin rejimi dövründə hərəkət etmək üçün qanunsuz olaraq arayış vermiş 2 icra nümayəndəsi barədə şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən toplanmış materialların araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün şəhər prokurorluğuna göndərildiyini bildirmişdir. İlqar Abbasov qeyd edib ki, dövlət qulluğunda işləyən hər bir məsul şəxs dövlətin mənafeyinə uyğun fəaliyyəti özünün gündəlik vəziləri olaraq müəyyənləşdirməlidir.
   Video-müşavirədə iştirak edənlər öz çıxışlarında xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılmasından sonra  fəaliyyət sahələri üzrə yeni növ koronavirus(COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində şəhər ərazisində gördükləri işlər və həyata keçirilən qabaqlayıcı tədbirlər barədə ətraflı məlumat veriblər.
   Sonda İcra Hakimiyyətinin başçısı xüsusi olaraq qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə bağlı ölkədəki vəziyyət təhlil olunduqdan sonra zərurət yaranacağı halda xüsusi karantin rejim yenidən sərtləşdirilə bilər. Bu səbəbdən İlqar Abbasov video-müşavirə iştirakçılarını xüsusi karantin rejimində tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasından arxayınlaşmamağa və xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməyə çağırıb, eyni zamanda aidiyyəti qurumların rəhbərlərinə tövsiyyə və tapşırıqlarını verərək xüsusi karantin rejimi müddətində sanitariya-gigiyena qaydalarına nəzarət işlərinin və profilaktik tədbirlərin davam etdiriləcəyini bildirib.                                                         

Keçidlər