Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun Azərbaycan Respublikasının Prezidentinə ünvanladığı məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmiş və pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir.

13 may 2020 | 16:00

Son zamanlaradək elm üçün naməlum qalan virus kəskin ağciyər xəstəliklərinə səbəb olur. İlk dəfə 31 dekabr 2019-cu ildə Çinin Uhan şəhərində qeydə alınmış yeni koronavirusun (COVID-2019) yayılmasının qarşısının alınmasına dair Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT mühüm tədbirlər planı hazırlamışdır.
    COVİD-19 adı verilən koronavirus artıq Azərbaycan da daxil olmaqla, 210-dan çox ölkə və ərazidə yayılıb. Qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində Azərbaycanda hazırda koronavirus xəstəliyinin yayılması geniş vüsət almayıb. Hal hazirda 2279 nəfər yoluxma qeydə alınıb. 1576 həfər müalicə olunaraq sağalmış,28 nəfər vəfat etmiş, 675 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
    Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada öz fəal rolunu oynayır. Azərbaycan qlobal həmrəylik nümayiş etdirərək koronavirusa qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırmışdır. Mart ayının 13-də Azərbaycan tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının strateji hazırlıq və cavab planı çərçivəsində COVID-19 mübarizə Fonduna könüllü maliyyə yardımının ayrılmasını nəzərdə tutan donor sazişi imzalanmışdır.                 
    Prezident İlham Əliyev Qoşulmama Hərəkatının “Ümumdünya Səhiyyə Təşkilatı və onun Baş direktoruna dəstək” adlı 9 aprel tarixli bəyanatını məmnuniyyətlə   xatırladaraq bildirmişdir.
    “Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru tərəfindən martın 23-də mənə ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi  ölkə kimi  dəyərləndirilmişdir.
    Dövlətimizin başçısı Azərbaycana göstərdiyi dəstəyə və Zirvə Görüşündə iştirakına görə doktor Tedros Adhanom Qebreyesusa öz təşəkkürünü bildirərək dedi: “Bu Azərbaycanın təşəbbüsü ilə keçirilən ikinci Zirvə Görüşüdür. Sədri olduğumuz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının mənim təşəbbüsüm ilə aprelin 10-da COVID-19-a qarşı Zirvə Görüşü keçirilmişdir. Həmin Zirvə Görüşündə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru da iştirak etdi və dəyərli tövsiyələrini verdi”.
    Biz Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizədə oynadığı mühüm rolu yüksək qiymətləndiririk. On altı il ərzində Azərbaycanın səhiyyə sistemində köklü işlər görülmüşdür. Həkimlərin peşəkarlıq səviyyəsi yüksəlmişdir, 750-dən çox səhiyyə ocağı tikilmiş və ya tam təmir olunmuşdur. Hər il Azərbaycanda 5 milyondan çox insan dövlət xəstəxanalarında tibbi müayinədən keçir. Bu müayinə tədbirləri bir sıra xəstəliklərin yayılmasının qarşısının alınmasında mühüm profilaktik əhəmiyyət kəsb edir. Koronavirus xəstələri 20-dən artıq dövlət xəstəxanasında müalicə olunurlar. Pandemiyanın ilk günlərindən biz Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq. Təşkilatın aparıcı mütəxəssislərindən ibarət heyət müraciətimiz əsasında mart ayında ölkəmizə səfər edərək vəziyyətlə tanış olub. Ölkəmizin ən müasir və “Yeni klinika” adlanan xəstəxanası onların ixtiyarına verilmişdir. Bu ilin mart ayında ölkəmizin 3 şəhərində üç yeni xəstəxana istifadəyə verilmişdir. Onların ümumi çarpayı sayı 500-dən çoxdur. Bu xəstəxanalar da koronavirus xəstələrinin ixtiyarına verilmişdir. Qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə, hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur. Həkimlərimizin və tibb işçilərimizin koronavirus xəstəliyinə qarşı mübarizədə xidmətlərini yüksək qiymətləndiririk. Koronavirus xəstələrinə xidmət göstərən həkimlərin əmək haqqı 3, 4 və 5 misli məbləğində artırılıb.
      Artıq may ayının 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında Ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak etmişdir.
     Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl edilməklə virusun yayılmasına qarşı mübarizə öz nəticəsini verir.

Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-in direktoru

Fərhad Səfərov

Keçidlər