Şriftin ölçüsü :

Saytın rəngi :

“İslahatlar yeniləşmə, yeni yanaşma deməkdir. Biz islahatları aparmaqla ölkəmizi gücləndiririk, ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi isə islahatlarsız mümkün deyildir”.

13 may 2020 | 16:00

“İslahatlar yeniləşmə, yeni yanaşma  deməkdir. Biz islahatları aparmaqla ölkəmizi gücləndiririk, ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi isə islahatlarsız mümkün deyildir”.
    Cənab Prezidentin bu fikirləri ölkənin siyasi, iqtisadi, sosial və mədəni həyatında yeni mərhələni və sağlam vətəndaş məmur münasibətlərinin  qurulmasına yönəlmiş yeni prinsipləri müəyyənləşdirmiş oldu. Dövlət başçısı Cənab İlham Əliyevin şəxsən rəhbərliyi ilə başladılan və davam etməkdə olan siyasi islahatlar kursu özü-özlüyündə çox pozitiv prosesdir. Ölkəmizdə baş verən kadr və struktur islahatları, habelə korrupsiya ilə mübarizə istiqamətində atılan addımları ölkə vətəndaşları birmənalı şəkildə təqdir edir. Rüşvətə və korrupsiyaya qarşı mübarizəyə dair ciddi siyasi iradənin olduğu göz önündədir. Ölkə Prezidenti cənab İlham Əliyev xalqı talayan rüşvətxor məmur ordusundan azad olmaq üçün prinsipial bir xətt tutub və bu xətti həyata keçirmək üçün də bütün qüvvəsini sərf edir. Bu istiqamətdə həyata keçirilən  ardıcıl tədbirlər göstərdi ki, Cənab Prezidentin qarşıya qoyduğu tələblər dövlətin möhkəmləndirilməsinə və xalqımızın firavan gələcəyi üçün hüquqi dövlət quruculuğunun tam bərqərar olamasına yönəlib. Nəticə isə həm də onu göstərdi ki, Azərbaycan bu sahədə də böyük təcrübəyə malikdir. Sabitliyin, rifahın təmin olunması üçün korrupsiyaya, cinayətkarlığa qarşı mübarizə, habelə məmur özbaşınalığına qarşı mübarizəyə qarşı adekvat tədbirlər öz səmərəsini verməkdədir. Dövlət başcısı Kamran Əliyevin Baş prokuror təyin edilməsi zamanı onun qarşısına tələblər qoyarkən də bir daha öz sadə devizi ilə xalq məmur arasındakı münasibətlərin qızıl ölçüsünü təqdim etmiş, hakimiyyətin bu münasibətlərdəki sivil izahını vermişdir. O demişdir: “Mənim məmurlardan tələbim çox sadədir. Xalqın xidmətçisi olmaq, insanlara hörmətlə yanaşmaq və öz işləri ilə nümunə olmaq, onların haqqına girməmək və qanunun tələblərini rəhbər tutmaq. Bunu edə bilməyən məmurlar özlərini və ailələrini zərbə altında qoymasınlar. Onlara qarşı cox ciddi tədbir görüləcəkdir”. Bu tələblər həm də post neft dövrünün yeni tələbləri kimi  sağlam siyasi sistemin qurulma zərurətinin önəmli olduğunu göstərir. Pandemiya dövründə də dayanıqlı iqtisadi və siyasi sistem  Azərbaycanda bir daha güclü strateji dövlətçilik xəttinin olmasını göstərdi. Cənab Prezidentin tarixi fikirlərində o da öz əksini tapmışdır ki, bütün bunların səmərələliyi həm də təcrübəli kadrların əməyindən bilavasitə asılıdır. Beləliklə də islahatların həyata keçirilməsi cəmiyyətdə mənfi ünsürlərin təmizlənməsini  və ədalətli  sağlam  dövlət-məmur və  vətəndaş  münasibətlərinin qurulması üçün strateji bir yol xəritəsidir. Dövlət başcısı haqlı olaraq bildirmişdir ki, korrupsiya və rüşvətxorluq Azərbaycan cəmiyyətində olmamalıdlr. Bəzən hüquq mühafizə orqanlarının da işi bizi qane etmir fikirləri ilə prokurorluq orqanlarının da qarşısında yeni və çox məsul vəzifələri müəyyənləşdirdi.   Hesab edirik ki, Cənab Prezidentin bu çağırışları xalq prezident birliyinin gücü ilə şəffaflığı təmin edəcək, neqativ işlərə son qoyulacaqdır. Bu isə hər birimizin vətəndaşlıq məsuliyyətini bir daha önə cəkir.                                                            
    Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru
    Aynur Fərzəliyeva

Keçidlər