Şriftin ölçüsü :

Saytın rəngi :

Könüllülərin fəaliyyəti davam edir

19 may 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham  Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa dəstəyi nəticəsində son illər ərzində ölkəmizdə könüllülük hərəkatı geniş vüsət almış, Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi öz fəaliyyət dairəsini genişləndirməkdədir.
    Yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində bir sıra könüllü təşkilatları, ictimai birlikləri birləşdirən Mərkəzin işinin əlaqələndirilməsi Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilir.
   Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin rəhbərliyi ilə keçirilən aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərir, həmçinin koronavirus infeksiyası ilə əlaqədar olaraq  qan qıtlığının təcili qana ehtiyacı olan şəxslərin həyatı üçün yaratdığı təhlükənin aradan qaldırılmasına fəal töhfə verirlər. Qısa zamanda Mərkəz tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunmuş, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilmişdir.
     Könüllülər minlərlə tənha ahılların, aztəminatlı ailələrin,  şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkmiş, onlara müxtəlif ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstərmişlər.
   Könüllülər eyni zamanda vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərir, Qan Bankının paytaxtda və regionlarda yerləşən bölmələrində qanvermə aksiyasında fəal iştirak edirlər. Onlar əhali arasında koronavirus infeksiyası ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak edirlər.
    Koronavirus (COVİD-19) pandemiyası dövründəki, fəaliyyəti çərçivəsində görülən tədbirlərdə aprel ayı üzrə fəallığı ilə seçilən "Ayın Könüllüsü" nominasiyası ilə təltif edilən
     Aqrar İnkişaf Könüllüsü Heydər Cəfərov

Keçidlər