Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər İcra Hakimiyyəti və “PAŞA Holding” MMC Ramazan bayramı münasibəti ilə birgə sosial aksiya həyata keçiriblər.

22 may 2020 | 16:00

Koronavirus pandemiyasının yayılması səbəbindən ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi müddətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi davam etdirilir, xüsusi ilə aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində bütün lazımi imkanlardan istifadə olunur. Görülən işlər içərisində məşğulluq və sosial rifaha dəstək işləri mühüm yer tutur. Pandemiyadan zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır,  iki ay müddətində haqqı ödənilən ictimai iş yerləri yaradılıb, xüsusi karantin dövründə işləməyən 600 min insana iki ay ərzində 190 manat yardımın verilməsi təmin edilib.
   Ölkə Prezidentinin əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi tövsiyə və tapşırıqlara uyğun olaraq Şirvan şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə xüsusi karantin rejimi dövründə ahıl, tənha və sağlamlıq imkanları məhdud 3 minə qədər ailə ziyarət edilmiş və onlara lazımi köməkliklər göstərilmişdir.
    Şəhər İcra Hakimiyyəti sosial müdafiəyə ehtiyacı olan ailələrə köməklik göstərilməsi ilə bağlı təşəbbüsünü müqəddəs Ramazan bayramı ərəfəsində də davam etdirib. Belə ki, Ramazan bayramı ərəfəsində, koronavirus pandemiyasına qarşı dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək çərçivəsində aztəminatlı ailələrə köməklik göstərilməsi ilə bağlı Heydər Əliyev Fondunun #"Biz Birlikdə Güclüyük!" təşəbbüsünə 22 may 2020-ci il tarixində “PAŞA Holding" MMC də təkrar qoşulub, Şirvan şəhər İcra Hakimiyyəti ilə birgə könüllü gənclərin iştirakı ilə şəhərin müxtəlif ünvanlarında yaşayan, ilk növbədə sosial müdafiəyə ehtiyacı olan 300 ailə ziyarət edilib və onlara gündəlik tələbatları üçün lazım olan ərzaq məhsulları verilib.

    Şəhər sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və müqəddəs  Ramazan bayramı ərəfəsində onlara verilən sosial dəstəyə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirib, “PAŞA Holding” MMC-nin nümayəndələrinə təşəkkürlərini çatdırıblar.                         

Keçidlər