Şriftin ölçüsü :

Saytın rəngi :

28 May Respublika günüdür.

28 may 2020 | 16:00

Respublika günü -1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür.
   1917-ci ildə  Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Rusiyada Çar İmperiyası devrildi. Ölkəmizdə 1918-ci il mayın 28-də Məmməd Əmin Rəsulzadənin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti-müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı.
   Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
   Azərbaycanın müvəqqəti hökumətinin ilk başçısı Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürüldü. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə-Bakı daşnak-rus qüvvələrindən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.
   Müstəqil Azərbaycan Cümhuriyyəti ilk dəfə qadınlara seçib-seçilmək hüququ verdi, qadın-kişi bərabərliyini təmin etdi. Ölkədə milli ordu, milli pul, milli bank, azad seçkilər sahəsində islahatlar həyata keçirdi. Azərbaycan Demokratik Respublikasını 4 iyun 1918-ci ildə rəsmi surətdə tanıyan ilk dövlət Türkiyə olmuşdur.
   1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edildi.
   Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərdi. Müstəqil Azərbaycan Cümhuriyyəti bolşeviklərin hücumuna məruz qalıb devrildi. Sovetlər birliyi Azərbaycanı öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq xalqımızın istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
Çünki ruhu azad olan bir milləti heç kəs köləlikdə saxlaya bilməz. 1918-ci ilin mayından 70 il keçəndən sonra Azərbaycan xalqı yenidən ayağa qalxdı, öz haqqını, azadlığını, müstəqilliyini və bütövlüyünü tələb etdi. Bu yolda məhrumiyyətlərə düçar edildi, şəhidlər verdi, lakin yolundan dönmədi. 1991-ci ilin oktyabrında Azərbaycan xalqı öz müstəqqilliyini bərpa etdi.
   1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gətirildi və Azərbaycan müstəqqilliyinin yeni mərhələsinə qədəm qoydu. Ölkədə çiçəklənmə, iqtisadi inkişaf dövrü başlandı.
   Azərbaycanın bütün sahələrində baş verən dirçəliş müasir müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin müstəqil dövlətçilik konsepsiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət müstəqilliyimiz daha da möhkəmlənir, xalqımızın rifah halı yaxşılaşır. Bu il 28 May Respublika günü karantin rejiminin qaydaları gözlənilməklə dövlət səviyyəsində qeyd edilir.  Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın humanizmə, mərhəmət və nəcibliyə söykənən fəaliyyəti sayəsində ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də abadlıq, quruculuq işləri davam etdirilir, sakinlərin qayğıları və sosial problemləri ardıcıl həll edilir.
   Şirvanlılar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildirirlər.

Keçidlər