28 May Respublika günü münasibətilə dekorativ əl işlərindən ibarət müsabiqə keçirildi.
Şirvan şəhər İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq 28 may 2020-ci il tarixində “Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı əsasında 28 May Respublika günü münasibətilə gənc könüllülərin dekorativ əl işlərindən ibarət müsabiqə keçirilmişdir.
Müsabiqədə ümumilikdə 40 nəfərə qədər gənc könüllülərin dekorativ sənətin müxtəlif çalarları və qarışıq texnika əsasında hazırladıqları əl işləri yer alıb. Təşkilatçılar tərəfindən müsabiqənin keçirilməsində məqsəd karantin rejimi müddətində gənclərin asudə vaxtının səmərəli təşkili və onların yeni bilik və bacarıqlara yiyələmələrinə köməklik göstərməkdir.
Gənc könüllülər hazırladıqları dekorativ-tətbiqi sənət əsərlərinin fotoşəkillərini Gənclər Evinin elektron poçt ünvanına göndərməklə müsabiqədə iştirak ediblər. Müsabiqənin qalibləri münsiflər heyətinin seçimi əsasında müəyyən olunmuş və yekun qərarla istedadlı gənc Turan Fətiyevin əsəri I yerə, Ayla Mahmudova, Ayan Əmiraslanlı və Rami Kamalın rəsm əsərləri isə müvafiq olaraq II-IV yerlərə layiq görülüb.
Müsabiqənin qalibləri təşkilatçılar tərəfindən fəxri fəmanlarla təlif olunublar.