Şriftin ölçüsü :

Saytın rəngi :

10 iyun 2020-ci il tarixində Şirvan şəhərində keçiriləcək qəbul imtahanlarına hazırlıq işləri başa çatdırılmışdır.

04 iyun 2020 | 16:00

COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkə ərazisində bir sıra kütləvi tədbirlərə, o cümlədən Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən imtahanlara bir müddət ara verilmişdir.
    Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı əsasında 10 iyun 2020-ci il tarixində Şirvan şəhərinin 18 və 20 nömrəli tam orta məktəblərində ümumi orta təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə sənəd vermiş cari və əvvəlki il məzunları üçün kolleclərə qəbul imtahanı və Azərbaycan dili fənnindən imtahan keçiriləcəkdir. İmtahan müddətində virusun yayılmasının qarşısını almaq məqsədilə imtahanın keçiriləcəyi binalarda bir sıra profilaktik tədbirlər həyata keçirilmişdir. Belə ki, binaların və otaqların dezinfeksiyası, havalandırılması, müvafiq yerlərdə əl dezinfektantları üçün dispenserlərin quraşdırılması, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi istiqamətində lazımi tədbirlər həyata keçirilmiş,  binaların sanitar qovşaqlarında təmir işləri aparılmış, axar suyun fasiləsizliyi təmin edilmişdir.
    Həyata keçirilən tədbirlərin tam səmərəli olması üçün imtahan iştirakçılarını özlərinin və başqalarının sağlamlığına məsuliyyətlə yanaşmağa və sanitar-gigiyenik qaydalara riayət etməyə dəvət edirik.             

Keçidlər