Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər İcra Hakimiyyətində şəhərin Energetik 9 və l-nt İbrahimov 10 saylı binaların qarşısında salınacaq yeni abad məhəllənin layihəsinin təqdimatı olmuşdur.

04 iyun 2020 | 16:00

03.06.2020-ci il tarixində Şirvan şəhər İcra Hakimiyyətində şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, şəhər İcra Hakimiyyətinin məsul işçilərinin, xidmət təşkilatları rəhbərlərinin və sakinlərin iştirakı ilə şəhərin Energetik 9 və l-nt İbrahimov 10 saylı binaların qarşısında salınacaq yeni “Abad məhəllə”nin layihəsinin təqdimatı keçirilmişdir.
    Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov təqdimatda çıxış edərək bildirib ki, bütün dünyanı bürüyən pandemiya vəziyyətinə baxmayaraq ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə abadlıq, quruculuq və yenidənqurma işlərinə xüsusi diqqət göstərilir. Görülən bütün işlər ölkə vətəndaşlarının həyat şəraitinin daha da yaxşılaşmasına xidmət göstərir. Buna görə də indi respublikamızın digər şəhər və rayonları kimi Şirvan şəhərində də genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri davam etdirilir, səliqə-sahman yaradılır.
    İlqar Abbasov layihə ilə əlaqədar məlumat verərək bildirib ki, böyük bir ərazidə-ümumi sahəsi 1.5 ha olan Energetik 9 və L-nt İbrahimov 10 saylı binaların qarşısında “Alt.Ay.Sel” RTŞ tərəfindən xüsusi layihə əsasında hazırlanmış müasir memarlıq üslubunda “Abad məhəllə”nin salınması planlaşdırılmışdır. Burada “İDEA” İctimai Birliyi tərəfindən idman qurğuları meydançası salınacaq, uşaq əyləncə qurğuları, yelləncəklər quraşdırılacaq, kölgəncək və söhbətgahlar tikiləcək, müasir oturacaq, müasir tullantı qutuları qoyulacaqdır. Əraziyə münbit torpaq gətirilərək layihəyə uyğun relyefin planlaşdırma işləri aparılacaq, 1135 kv.m tamet tavalar döşənəcək, 1500 kv.m məhəllə daxili yollar çəkiləcək,1306 p/metr bardyurlar quraşdırlacaq, dekorativ ağac və gül kolları əkiləcək, gül kompozisiyaları yaradılacaq, 30 ədəd metal işıq dirəkləri quraşdırılacaqdır. İlqar Abbasov bildirib ki, ”Abad məhəllə”dən 796 nəfərdən ibarət 244 ailə yararlanacaqdır. Layihənin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad məhəllələrin yaradılmasıdır.
    Daha sonra “Abad məhəllə”nin tikintisi ilə əlaqədar xidmət təşkilatlarının təklifləri dinlənilmiş və onların icrası ilə əlaqədar İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər verilmişdir.
    Əminik ki, yaradılacaq yeni abad məhəllə sakinlərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarının möhkəmləndirilməsinə, uşaq və gənclərin asudə vaxtlarını səmərəli keçirilmələrinə böyük köməklik göstərəcəkdir.

Keçidlər