Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus infeksiyası əleyhinə Şirvan şəhəri ərazisində profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir.

04 iyul 2020 | 16:00

Ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi müddətində ölkə prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyyələrinin yerinə yetirilməsi, koronavirus infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində Şirvan şəhəri ərazisində  profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir.
   Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər Polis Şöbəsinin rəisi Hikmət Quliyev və 5 saylı Ərazi Vergilər İdarəsinin rəisi Fuad Mahmudov Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması ilə tanış olmaq məqsədi ilə şəhər ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektlərinə reydlər  keçirmişdir. Reydlər zamanı ictimai-iaşə və ticarət obyektləri sahibləri, eyni zamanda şəhər sakinləri ilə maarifləndirici söhbətlər aparılmış, ticarət obyektlərinin giriş hissələrində dezinfeksiyaedici maddələr olan xüsusi qabların yerləşdirilməsi, insanlar arasında sosial məsafənin gözlənilməsi, xidmətlərdən yararlanan şəhər sakinlərinin və satıcıların birmənalı şəkildə fərdi qoruyucu vasitələrdən(maska) istifadə etmələri barədə lazımi tövsiyyələr verilmişdir.
   Xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara riayət eməyənlər barəsində inzibati qaydada təbirlərin görüləcəyi ictimai-iaşə və ticarət obyektləri sahiblərinin nəzərinə çatdırılmışdır.
   Şirvan şəhəri ərazisində sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və profilaktik tədbirlərin görülməsi davam etdiriləcəkdir.

 

Keçidlər