Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara riayət edilməsi üçün maarifləndirici tədbirlərlə yanaşı, abadlıq və quruculuq işləri də davam etdirilir.

07 iyul 2020 | 16:00

Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, profilaktik tədbirlərin gücləndirilməsi və karantin rejimi çərçivəsində görülən işlərlə yerində tanış olmaq məqsədi ilə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Məhəmməd Füzuli adına Şirvan şəhər Mədəniyyət və İstirahət parkında olmuşdur. Parkın girişində açıq hava şəraitində Gigiyena və Epidemiologiya Mərkəzinin və şəhər Bələdiyyəsinin sanitar işçiləri ilə görüşən İlqar Abbasov şəhərimizdə mütəmadi aparılan profilaktik dezinfeksiya işlərinə görə onlara təşəkkür etmiş, gələcək fəaliyyətlərində həm insanların sağlamlığı, həm də özlərini və ailələrini qorumaq üçün məsuliyyətli olmağa çağırmışdır. İcra başçısı öz çıxışında koronavirus(COVID-19) pandemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması və xalqımızın yoluxucu infeksiyadan az zərərlə çıxması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə zəruri qabaqlayıcı tədbirlərin görüldüyünü, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin davam etdirildiyini bildirmişdir. Lakin pandemiya əleyhinə bütün görülən tədbirlərin müsbət nəticə verməsi üçün vətəndaş məsuliyyəti mühüm əhəmiyyət kəsb edir.  Sosial məsafə, tibbi maska, əlcək və tibbi spirtdən istifadə qaydalarına hər bir sakin riayət etməlidir. Çünki yalnız bununla koronovirusu lokallaşdırmaq və insanların sağlamlığını təmin etmək mümkün olacaq. İlqar Abbasov şəhər ərazisində sanitar profilaktik tədbirlərin, təmizlik-abadlıq aksiyalarının bundan sonra da davam etdirilməsini GEM-in və şəhər Bələdiyyəsinin rəhbərliyinə tapşırmışdır. 
   Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Məhəmməd Füzuli adına Şirvan şəhər Mədəniyyət və İstirahət parkında görülən işlərlə yerində tanış olmuş, parkın yenidən qurulması məqsədi ilə yaradlan Qərargahın üzvləri ilə səyyar görüş keçirmiş, tapşırıq və tövsiyyələrini vermişdir. İlqar Abbasov çıxış edərək bildirmişdir ki, bütün dünyanı bürüyən pandemiya vəziyyətinə baxmayaraq ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın digər şəhər və rayonları kimi Şirvan şəhərində də tikinti-quruculuq və abadlıq işləri davam etdirilir, səliqə-sahman yaradılır. 2020-ci ilin 6 ayı ərzində yerinə yetirilmiş işlər arasında Məhəmməd Füzuli adına Şirvan şəhər Mədəniyyət və İstirahət parkının əsaslı şəkildə yenidən qurulması xüsusi yer tutur. Hazırlanmış layihə əsasında 2020-ci ilin yanvar ayından başlayaraq ərazisi 7,4 hektar olan parkda xeyli  iş görülmüşdür. Parkın mərkəzi hissəsində yerləşən kanalın və süni gölün xüsusi texnikalar vasitəsi ilə qurudulması və təmizlənməsi başa çatdırılmışdır. 370 p/m drenaj xətti qazılaraq 250 m3 çınqıl qatı verilmiş və drenaj suyunun gölə axıdılması üçün diametri 200 mm-lik 66 p/m boru xətti çəkilmişdir. Kanalın döşəməsinə 2400 m3 qum qatı, 450 m3 çınqıl qatı verilmiş və kipləşdirilmiş, 3400 m2 beton hazırlıq qatı verilmiş, 6800 m2 döşəmə iki qat hidroizolyasiya olunmuş, döşəmənin betonlanması işlərinə başlanılmışdır. Sonra İlqar Abbasov Qərargahın üzvlərinə Parkda daha keyfiyyətli və sürətli iş görülməsi üçün müvafiq tapşırıqlar vermişdir.
   Daha sonra İlqar Abbasov Energetik küçəsi 9 nömrəli və L-nt Mahmud İbrahimov küçəsi 10 nömrəli binaların qarşısında “ALT.AY.SEL” RTŞ tərfindən xüsusi layihə əsasında hazırlanmış müasir memarlıq üslubunda “Abad məhəllə”də görülmüş işlərlə tanış olmuşdur. Energetik küçəsi 9 nömrəli binanın fasadının təmir işlərinə başlanımış, mövcud kanalizasiya xətləri yeniləri ilə əvəz olunmuşdur. Binanın qarşısında layihəyə uyğun olaraq relyefin planlaşdırma işləri aparılmış, “İDEA” İctimai Birliyi tərəfindən salınacaq idman qurğuları meydançası betonlanmış , əraziyə 950 m2 tamet tavalar döşənmiş,, 460 m beton bordyurlar düzülmüşdür. “Abad məhəllə”nin tikintisi ilə əlaqədar İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər verilmişdir.
   Şirvan şəhərində xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara riayət edilməsi üçün maarifləndirici tədbirlərlə yanaşı, abadlıq və quruculuq işləri bundan sonra da davam etdiriləcək. İnanırıq ki, bəşəriyyətin koronavirus pandemiyası ilə mübarizəsi uğurla sonlanacaq, respublikamızda və şəhərimizdə aparılan abadlıq və yenidənqurma işləri sakinlərin sağlam həyat tərzinə və səmərli asudə vaxtına xidmət edəcək.

Keçidlər