Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda koronavirus əleyhinə profilaktik tədbirlərə nəzarət davam etdirilir.

09 iyul 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərərgahın koronavirus infeksiyasının yayılmasının və törədəcəyi fəsadların qarşısının alınması istiqamətində Şirvan şəhər ərazisində profilaktik tədbirlər mütəmadi davam etdirilir. Əhalinin sağlamlığının qorunması məqsədi ilə hər biri dörd nəfərdən ibarət 35 mobil təbliğat qrupları tərəfindən sosial məsafə, tibbi maska, əlcək və tibbi spirtdən istifadə qaydalarına sakinlərin riayət etməsi, qaydaları pozanların qanunauyğun cərimələnəcəyi barədə davamlı maarifləndirmə işləri aparılır.
   Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizlik Xidmətinin Şivan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov, şəhər Polis şöbəsinin rəisi Hikmət Quliyev, 5 saylı Ərazi Vergilər İdarəsinin rəisi Fuad Mahmudov, Qida Təhlükəsizliyi Agentliyinin Salyan Regional Bölməsinin böyük məsləhətçisi Elvin Səmədov və aidiyyəti digər dövlət qrumlarının nümayəndələri ilə birgə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə, habelə sanitar-epidemioloji normalara qeyd-şərtsiz əməl olunması ilə yerində tanış olmaq məqsədilə şəhər ərazisində fəaliyyət göstərən ticarət və ictimai iaşə obyektlərinə növbəti reydlər keçirmişdir. Reydlər zamanı ticarət və ictimai-iaşə obyektlərinin sahibləri, xidmətdən istifadə edən sakinlərlə maarifləndirici söhbətlər aparılmış, obyektlərin giriş hissəsində dezinfeksiyaedici maddələrlə obyektə daxil olan insanların əllərinin dezinfeksiya olunması, maskasız daxil olmaq istəyənlərə maskaların verilməsinin təşkil edilməsi, insanlar arasında sosial məsafənin gözlənilməsi, xidmətdən istifadə edən alıcıların və satıcıların birmənalı şəkildə fərdi qoruyucu vasitələrdən istifadə etmələri, Nazirlər Kabineti yanında Operativ Qərərgahın tövsiyələrini texniki vasitələrlə səsləndirilib alıcıların nəzərinə mütəmadi çatdırılması barədə lazımı tövsiyələr verilmişdir.
   Xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar-epidemioloji normalara əməl etməyənlər barədə inzibati tədbirlərin görüləcəyi obyekt sahiblərinin nəzərinə çatdırılmış, qaydalara əməl etməyən ticarət obyektlərinin sahibləri cərimə edilmişdir.
Şirvan şəhəri ərazisində sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət tədbirləri ardıcıl davam etdiriləcəkdir.

Keçidlər