Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda dezinfeksiya işləri gücləndirilir.

10 iyul 2020 | 16:00

Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq Şirvan şəhər ərazisində koronavirus əleyhinə profilaktik tədbirlər davam etdirilir. Koronavirus infeksiyasının Şirvanda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə şəhər İcra Hakimiyyəti tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.
   Şəhərdə geniş miqyaslı dezinfeksiya işləri həyata keçirilir. Xüsusi texnikalardan istifadə edilərək su şırnaqları ilə küçə və məhəllədaxili yollar yuyulur. Şirvan şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin, Şirvan Bələdiyyəsinin xüsusi hazırlıqlı sanitar işçiləri tərəfindən şəhər ərazisində, parklarda, uşaq əyləncə və idman meydançalarında, söhbətkahlarda, veteranlar guşəsində, ictimai binaların həyətlərində, giriş bloklarında, zirzəmilərdə, lift kabinələrində, məişət tullantı konteynerləri meydançalarında, sərnişindaşıma xidməti ilə məşğul olan avtobuslarda, dayanacaqlarda, tibbi-profilaktik və dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.
   Şirvan şəhər İcra Hakimiyyəti virusun geniş yayılma tendensiyasının qarşısının alınması məqsədilə  vətəndaşlara diqqətli olmağı, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyi, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərərgahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirməyi, yoluxma riskini azaltmaq üçün şəxsi gigiyena qaydalarına əməl etməyi, özünütəcrid tədbirlərinə uyğun davranmağı, mümkün qədər evdə qalmağı, evdən çıxarkən sosial məsafəni gözləmələrini, maska, əlcək, spirt və digər qoruyucu vasitələrdən istifadə etmələrini tövsiyə edir.

Keçidlər