Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanı zəfərlərə aparan Lider.

14 iyul 2020 | 16:00

14  iyul - Azərbaycan xalqının həyatında  mühüm tarixi əhəmiyyət kəsb edən bir gündür. Düz 51 il bundan  öncə-14 iyul 1969-cu ildə xalqımızın ümummilli lideri Heydər Əliyev  Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Plenumunda respublikamızın rəhbəri seçildi. Heydər Əliyev o dövrdə Azərbaycanda milli ruhun sıxışdırılmasına yol vermədi, onu yüksəltmək üçün mövcud imkanlardan maksimum  dərəcədə istifadə etmişdi. Bu baxımdan  Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi  milli özünüdərkin, milli özünəqaydışın başlanğıcı kimi  qəbul edilir. Məhz bu dövrdən başlayaraq Heydər Əliyevin  idarəetmə  fəlsəfəsinin  başlıca  ideya-siyasi  istiqaməti  geniş vüsət aldı. Milli qürur hissinin və milli şüurun  yüksəlişinə  təkan verən  sürətli inkişaf  strategiyası  həyata  keçirilməyə başladı. Bununla yanaşı  Heydər Əliyev  respublikada xalq təsərrüfatını və mədəni quruculuğu inkişaf etdirmək, qanunçuluğu və əmək intizamını möhkəmləndirmək, kadrların  məsuliyyətini  artırmaq  siyasətini  uğurla həyata keçirirdi. Ölkənin ictimai  və iqtisadi siferasında həyata keçirilən dərin islahatlar, xalqın maddi rifah  halının  keyfiyyətcə  yeni mərhələyə  keçməsi  1976-cı ildə  Heydər Əliyevin  Sovet İKP MK  Siyasi Bürosu üzvlüyünə namizəd seçilməsi ilə nəticələndi.
  Heydər Əliyevin rəhbəriyi dövründə  Bakıda böyük abadlıq  və quruculuq  işləri aparılmış, müasir  Azərbaycan  memarlığının  əsərləri sayılan  və respublikanın  siyasi və mədəni  həyatında  böyük rolu  olan  inzibati mərkəzlər, saray, institut, nəşriyyat, tədris  korpusu, idman kompleksi, yaşayış binaları tikilib istifadəyə verilmişdir. Heydər Əliyevin mədəniyyətimizə, tariximizə  dərin ehtiram  nümayiş  etdirən qayğısı sayəsində  Bakı şəhərində  xalqımızın  görkəmli xadimlərinə əzəmətli  heykəllər ucaldılmış, onların  ev-muzeyləri  yaradılmışdır .
   Azərbaycan dilinin idarəçilikdə  geniş tətbiqi, böyük  klassiklərin  ittifaq  miqyasında  yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin ümumittifaq  səviyyəsində  ön mövqelərə  çıxması, elmi, ədəbi, mədəni  abidələrin planlı tədqiqi  və nəşri  Heydər Əliyevin  gələcək milli dövlətçiliyimizin ideya təməlində  dayanan siyasətinin əməli nəticələridir.
   1982-ci ilin noyabrında  Sov.İKP MK Siyasi Büro üzvü seçilən, eyni zamanda SSRİ Nazirlər  Soveti  sədrinin  birinci müavini təyin edilən  Heydər Əliyev   SSRİ   kimi nəhəng  bir dövlətin  ali rəhbərliyinə  ucalmaqla  dövlət  idarəçiliyi istedadı  və bacarığı  nümayiş etdirmişdir. Lakin  Heydər Əliyev  1987-ci ilin oktyabrında  Sov.İKP MK  Siyasi  Bürosunun  və şəxsən  baş katib Mixail Qarbaçovun  yeritdiyi  səhv xəttə, onun antiazərbaycan  siyasətinə  etiraz əlaməti olaraq tutduğu vəzifədən  istefa vermişdir.
   1991-93-cü illərdə  respublikaya  rəhbərlik edənlərin  səriştəsizliyi  nəticəsində  Azərbaycanda  təhlükəli  vəziyyət  yarananda Heydər Əliyev xalqımızın və o dövrki rəhbərliyin çağırışı ilə 1993-cü il  iyunun 15-də  Azərbaycan Ali  Sovetinin sədri seçildi. Həmin gün  Azərbaycan xalqının  tarixinə  Qurtuluş günü kimi daxil oldu .
   1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndərin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, social-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq  norma və prinsiplərə uğun olaraq müstəqil dövlət  quruculuğu prosesi  başladı.
   1994-ci ilin mayında Ermənistan-Azərbaycan münaqişəsinin  həllində  ilkin mərhələ kimi  cəbhə xəttində atəşkəs  elan olundu. XX əsrin ən əhəmiyyətli hadisəsi 1994-ci ilin sentyabrında aparıcı xarici şirkətlərlə ”Əsrin müqaviləsi “ adlandırılan neft kontraktının imzalanması da məhz Heydər Əliyevin adıyla bağlıdır.
   1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunan ilk milli Konstitusiyamız  hüquqi  sahədə köklü  islahatların  aparılması  ilə nəticələndi. Heydər Əliyevin  uğurlu  və məqsədyönlü xarici siyasətinin nəticəsində  2001-ci ildə Azərbycan  Avropa  Şurasına  tamhüquqlu  üzv qəbul edildi.
   Heydər Əliyevin  xalqımız  qarşısında ən böyük  xidmətlərindən biri  siyasi  kursunun  dönməzliyini  və varisliyini  təmin etməsi, bu siyasi  kursun ən layiqli  davamçısı cənab İlham Əliyevi  yetirməsidir. 2003-cü ildən  Azərbaycan Prezidenti  cənab İlham Əliyev  bütün  sahələrdə  ümummilli liderimizin  siyasi  kursunu uğurla davam etdirir, ölkəmiz yeni-yeni nailiyyətlərə imza atır. Əldə olunan bütün uğurlarımız Heydər Əliyevin ideyalarının real bəhrəsidir.

Keçidlər