Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər İcra Hakimiyyətində növbəti video-müşavirə keçirilib.

11 avqust 2020 | 16:00

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun sədrliyi ilə video-müşavirə keçirildi.Müşavirədə DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov,Şirvan şəhər prokroru Fuad Məmmədov, Polis şöbəsinin rəisi Hikmət Quliyev, 5 saylı Ərazi Vergilər idarəsinin rəisi Fuad Mahmudov, Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in direktoru Fərhad Səfərov, Şirvan Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Nəsib Səhratov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Qida Təhlükəsizliyi Agentliyinin Salyan regeonal bölməsinin əməkdaşı Ceyhun Nağıyev, Gigiyena və Epidemiologiya Mərkəzinin baş həkimi Mehdixan Süleymanov və İcra Hakimiyyətinin məsul əməkdaşları, İcra nümayəndələri, aidiyyatı xidmət təşkilatlarının rəhbərləri iştirak etmişdir.
   Video-müşavirədə giriş sözü ilə çıxış edən Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminə nəzarətin gücləndirilməsinə dair geniş tərkibli videokonfransın keçirildiyini, Baş Nazir cənab Əli Əsədovun sədrliyi ilə keçirilən  videokonfransda sanitar qaydalara ciddi əməl olunması, nəzarət funksiyalarını qüsursuz həyata keçirməli olan şəhər və rayon icra hakimiyyətləri, hüquq-mühafizə orqanları- prokrorluq, polis, DTX, səhiyyə strukturları qarşısında duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələr verildiyini qeyd etdi.
İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə koronavirus (COVİD-19) pandemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması və xalqımızın bu yolxucu infeksiyadan az zərərlə çıxması istiqamətində Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq, qərar və tövsiyələrinin ölkəmizdə yerinə yetirilməsinə yönəlik  zəruri qabaqlayıcı tədbirlərin  görüldüyünü, profilaktik və təxirəsalınmaz tədbirlərin yerlərdə də davam etdirildiyini bildirdi.
   Koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində Şirvan şəhəri ərazisində, 386 yaşayış binasının ətrafında, giriş bloklarında və pilləkənlərdə, ticarət və ictimai–iaşə obyektlərində, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində, ödəniş terminalarında, park və xiyabanlarda, avtomobil dayanacaqlarında dezinfeksiya işləri, evdə müalicəyə cəlb olunmuş şəhər sakinləri ilə bağlı həyata keçirilən tədbirlər, koronavirus profliktıkasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə şəhər İcra Hakimiyyəti, Polis Şöbəsi, Dövlət Təhlükəsizlik Xidmətinin şəhər şöbəsi, QTA və 5 saylı Ərazi Vergilər idarəsinin rəhbər və məsul əməkdaşlarının iştirakı ilə ticarət və xidmət obyektlərində  keçirilən reydlər və onların nəticələri, mobil təbliğat qruplarının fəaliyyəti, inzibati məsuliyyət tədbirləri barədə geniş məlumat verildi.
   Video-müşavirədə infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində aidiyyatı dövlət qurumlarının nümayəndələri tərəfindən görülən işlər barədə ətraflı məlumatlar verildi. Həyata keçiriləcək profilaktik tədbirlərlə bağlı təkliflər irəli sürüldü. Müxtəlif bank filallarında və ödəmə terminalarında, ictimai nəqliyyatda dezinfeksiya işlərinin aparılması, sosial məsafənin gözlənilməsi, maskadan istifadəyə ciddi nəzarətin davam etdirilməsi tövsiyə olundu.Sonra Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov həlli vacib olan məsələlərlə bağlı aidiyyətı qurumların rəhbərlərinə, məsul əməkdaşlara müvafiq tapşırıq və tövsiyələr verdi.

Keçidlər