I qrup əlil Səxavət Abbasova əlil arabası verildi
Şirvan şəhər sakini, I qrup əlil Abbasov Səxavət Abbasəli oğlu əlil arabası ilə təmin edilməsinə köməklik göstərilməsi barədə Şirvan şəhər İcra Hakimiyyətinə müraciət etmişdir.
Şirvan şəhər İcra Hakimiyyətində I qrup əlil Səxavət Abbasovun müraciəti nəzərə alınmış, onun funksional əlil arabası ilə təmin edilməsi üçün “Qızıl Aypara” Cəmiyyəti ilə birgə zəruri tədbir görülmüşdür.
Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini Elmira Ağayevanın və Şirvan Qızıl Aypara Cəmiyyətinin sədri Ülviyyə Balayevanın iştirakı ilə I qrup əlil Səxavət Abbasova yaşadığı mənzildə funksional əlil arabası təqdim edildi. I qrup əlil Səxavət Abbasov və ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər