Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər ərazisində ictimai-iaşə və ticarət obyektlərinə reydlər davam etdirilir.

17 avqust 2020 | 16:00

Nazirlər Kabineti yanında Operativ Qərargahın yerlərdə tətbiq etdiyi xüsusi karantin rejimi qaydalarının mərhələli şəkildə yumuşaldılma tədbirlərindən sonra vətəndaşların müəyyən olunmuş tələblərə və təcrid tövsiyələrinə riayət etmələrinə nəzarət məqsədi ilə şəhər İcra Hakimiyyəti tərəfindən görülən tədbirlər daha da gücləndirilmiş, yaradılmış mobil qruplar, həmçinin şəhər İcra Hakimiyyəti, vergi, qida təhükəsizliyi və şəhər Polis şöbəsi nümayəndələrinin birgə iştirakı ilə qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, ictimai-iaşə müəssisələrində, müxtəlif ticarət və xidmət sahələrində monitorinqlər davam etdirilir.
   Avqust ayının 16-da şəhər İcra Hakimiyyəti və şəhər Polis Şöbəsi tərəfindən 35-i  ictimai iaşə obyekti, 108-i ticarət obyekti, 10-u bərbərxana və gözəllik salonu və 5-i digər obyektlər olmaqla, ümumilikdə 158 müəssisədə reyd keçirilib. Eyni zamanda şəhər Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nın 211-ci maddəsi ilə inzibati xəta törətmiş 5 nəfər şəxsə 500 manat məbləğində cərimə tətbiq edilmişdir.
   Reydlər zamanı sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi və sanitar-epidemioloji sahədə qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Keçidlər