Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarını işğal etməsindən 27 il ötür.

23 avqust 2020 | 16:00

1993-cü il avqustun 23-də düşmən ölkənin silahlı birləşmələri Cəbrayılı işğal edib.
   Ərazisi 1050 kv.km, əhalisi isə 60 minə yaxın olan Cəbrayılın ermənilər tərəfindən işğalı nəticəsində rayona 14 milyon dollardan çox ziyan dəyib.
   Rayonda 90 kənd var və hazırda yalnız bir kənd – Cocuq Mərcanlı Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. 2016-cı ilin aprel döyüşlərində Füzuli rayonunda geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyi Azərbaycan Silahlı qüvvələrinin nəzarətinə keçdi. Lələ Təpənin ələ keçirilməsi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tam təhlükəsiz həyat şəraiti təmin edildi. Bu gün Cocuq Mərcanlıda geniş tikinti-quruculuq işləri davam edir.
Ərazisi 1050 kv.km olan Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb.
   Cəbrayıldan olan məcburi köçkünlər hazırda ölkənin 58 rayonunda 2000-ə yaxın yaşayış məntəqəsində məskunlaşıb. Erməni silahlı birləşmələri tərəfindən işğal olunmazdan əvvəl rayonun kənd təsərrüfatı, əsasən, üzümçülük, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, meyvəçilik, baramaçılıq sahələrindən ibarət olub. Cəbrayıl ərazisindən Bakı-Naxçıvan dəmir yolu (52 km), Şirvan-Zəngilan avtomobil yolu (60 km) keçir.
  Rayon tarixi-memarlıq və dini abidələrlə zəngindir. Cəbrayıl rayonu erməni təcavüzkarlarına qarşı müharibədə 350-dən çox şəhid verib, 91 nəfər əsir və itkin düşüb, 177 nəfər əlil olub.
  1993-cü il avqustun 23-də erməni hərbi birləşmələri tərəfindən işğal olunan Füzuli rayonunun ümumi sahəsi 139393 hektar olan rayonun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125368 hektar ərazi hələ də erməni silahlı birləşmələrinin işğalı altındadır. Füzulinin işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var.
   Rayona məxsus qəsəbələrdən 12-si işğaldan azad olunub, ərazidə yeni qəsəbələr salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb.
   Ötən əsrin 80-ci illərinin sonlarından başlayan erməni təcavüzünə qarşı mübarizədə rayonun minlərlə sakini döyüşüb, yüzlərlə insan şəhid olub, yaralanıb, girov və itkin düşüb. Ümumilikdə Füzuli rayonu müharibədə 1100-dən artıq şəhid verib, 1450 rayon sakini əlil olub.
  Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə Füzuli rayonu ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair bir sıra faktlar aşkarlayıb. Geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar bütünlüklə qırılıb, Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib, Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb, 2006-2009-cu illər ərzində rayonun 35 000 hektardan artıq ərazisi ermənilər tərəfindən yandırılıb.
Azərbaycan Respublikasının Prezidentin cənab İlham Əliyev fərman və sərəncamları ilə  respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi Füzulinin işğaldan azad olunan ərazilərində də regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində hərtərəfli inkişafa nail olunub, böyük abadlıq, quruculuq işləri aparılıb, ən müasir sosial infrastrukturlar yaradılıb.
    2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində törətdiyi növbəti təxribata, artileriya atəşlərinə cavab olaraq silahlı qüvvələrimizin həyata keçirdiyi əməliyyat nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş. Cəbrayıl rayonunun Cocuğmərcanlı kəndi yaşayış üçün təhlükəsiz olmuş dövlət başçısının qayğısı ilə kənd yenidən qurulmuşdur. Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva erməni silahlı qüvvələri ilə təmas xəttində yerləşən yaşayış məntəqələrində olmuş, əhaliyə dəyən ziyanın aradan qaldırılması, evlərin bərpası və yenidən qurulması sahəsində təxirəsalınmaz tədbirlər görülmüş, hərbi əməliyyatlar zamanı dağılmış evlər qısa zamanda yenidən tikilmişdir. Dövlət başçısının diqqət və qayğısı bu gün də yerlərdə  davam etdirilir.
    Şirvan şəhər İcra Hakimiyyəti şəhərdə məskunlaşan digər məcburi köçkünlərlə yanaşı Füzuli və Cəbrayıl rayonlarından olan 342 məcburi köçkün ailəsini diqqət və qayğı ilə əhatə edib. Mənzilə ehtiyacı olan 301 ailəyə yeni salınan məktəb, uşaq bağçası və digər sosial infrastrukturla təmin edilmiş  hər cür şəraiti olan şəhərcikdə mənzillər verilib. Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci-vitse prezidentimiz Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildirirlər.

Keçidlər