Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində ticarət və xidmət obyektlərinə reydlər davam etdirilir

23 avqust 2020 | 16:00

Nazirlər Kabineti yanında Operativ Qərargahın Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul etdiyi qərarlar, verdiyi tapşırıq və tövsiyələr Şirvan şəhərində də ardıcıl yerinə yetirilir.
   Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən qabaqlayıcı tədbirlər ardıcıl olaraq davam etdirilir. Şəhər İcra Hakimiyyəti yanında yaradılmış Operativ Qərargahın, mobil təbliğat qruplarının, şəhər Polis şöbəsinin və Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə avqust ayının 22-də 15 ictimai-iaşə obyekti, 102 ticarət obyekti, 15-i bərbərxana və gözəllik salonu və 8-i digər obyektlər olmaqla, ümumilikdə 140 müəssisədə reyd keçirilmişdir.
Şirvan şəhər Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsi ilə inzibati xəta törətmiş 22 nəfər şəxsə 2200 manat məbləğində cərimə tətbiq edilmişdir.
   Reydlər zamanı sahibkarlara, alıcılara və xidmətdən istifadə edən şəxslərə karantin rejiminin qaydaları, qida təhlükəsizliyi və sanitar-epidemioloji sahədə mövcud qanunvericilik izah edilmiş, icrası məcburi göstərişlər, maarifləndirici tövsiyələr verilmişdir.
   Görülən tədbirlər sakinlər tərəfindən böyük  razılıq və minnətdarlıqla qarşılanır.

Keçidlər