Şirvan şəhərində çağırışçı gənclərin hərbi xidmətə təntənəli yola salma mərasimi keçirildi.
04 iyul 2014 | 15:00
03.07.2014-cü il tarixdə saat 11.00-da Heydər Əliyev meydanında Şirvan şəhər İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti İdarəsinin Şirvan şəhər Şöbəsinin birgə təşkilatçılığı ilə çağırışçı gənclərin hərbi xidmətə təntənəli yola salma mərasimi keçirildi. Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov və 300 nəfər iştirak etdi.