Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində ticarət və xidmət obyektlərinə keçirilən reydlər əhalinin sağlamlığına və təhlükəsizliyinə xidmət edir

28 avqust 2020 | 16:00

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar, verdiyi tapşırıq və tövsiyələr Şirvan şəhərində də ardıcıl yerinə yetirilir.
   Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən görülən qabaqlayıcı tədbirlər daha da gücləndirilir. Şəhər İcra Hakimiyyəti yanında yaradılmış Operativ Qərargahın, mobil təbliğat qruplarının, şəhər Polis şöbəsinin, Qida Təhlükəsizliyi Agentliyi və Vergi idarəsinin əməkdaşlarının iştirakı ilə avqust ayının 26-də 22-si ictimai-iaşə obyekti, 127-si ticarət obyekti, 14-ü bərbərxana və gözəllik salonu və 2-si digər obyektlər olmaqla, ümumilikdə 165 müəssisədə reyd keçirilmişdir.
   Şirvan şəhər Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsi ilə inzibati xəta törətmiş 10 nəfər şəxsə 1000 manat məbləğində cərimə tətbiq edilmişdir.
   Reydlər zamanı sahibkarlara, alıcılara və xidmətdən istifadə edən şəxslərə karantin rejiminin qaydaları, qida təhlükəsizliyi və sanitar-epidemioloji sahədə mövcud qanunvericilik izah edilmiş, icrası məcburi göstərişlər, maarifləndirici tövsiyələr verilmişdir.
   Görülən tədbirlərin əhalinin sağlamlığına və təhlükəsizliyinə xidmət etməsi sakinlər tərəfindən böyük  razılıq və minnətdarlıqla qarşılanır.

Keçidlər