Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində tibbi-proflaktik, dezinfeksiya və maarifləndirmə işləri gücləndirilmiş qaydada davam etdirilir.

29 avqust 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın  müdrük rəhbərliyi altında ölkəmizdə koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizə sahəsində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları, tapşırıq və tələbləri ardıcıl yerinə yetirilir.
   Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, infeksiyanın yarada biləcəyi fəsadların aradan qaldırılması, sosial təcridin gücləndirilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tələbləri Şirvan şəhərində də mütəmadi icra edilir.
   Şirvan şəhər İcra Hakimiyyəti başçısı yanında yaradılmış Operativ Qərargah tərəfindən tərtib edilən qrafikə və tədbirlər planına uyğun olaraq ərazidə tibbi-proflaktik, dezinfeksiya və maarifləndirmə işləri gücləndirilmiş qaydada davam etdirilir.
   Bu gün yenə də Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Gigiyena və Epidemiologiya Mərkəzinin və digər qrumların əməkdaşlarından ibarət, xüsusi hazırlıq keçmiş dezinfektorlarla görüşdü. Onları salamlayaraq, gördükləri işin önəmini vurğuladı. Fədakar fəaliyyəti sayəsində koronavirusun şəhərdə yayılma sürətinin və əhatə dairəsinin  genişlənməsinin qarşısının alındığını qeyd edərək təşəkkürünü bildirdi. Dezinfeksiya məhlulları və avadanlıqlarla təchiz olunmalarının vəziyyəti ilə maraqlandı. Gigiyena və Epidemiologiya Mərkəzinin baş həkimi Mehdixan Süleymanova zəruri tapşırıqlar verdi.
   Sonra şəhərin mərkəzi küçə və prospektləri, istirahət parkları, məhəllələr, uşaq-əyləncə və idman qurğuları, ictimai binaların həyətləri, giriş blokları, zirzəmilər və lift kabinələri,  məişət tullantı konteynerləri, sərnişindaşıma xidməti ilə məşğul olan avtobuslar və dayanacaqlar dezinfeksiya edildi. Tibbi-proflaktik işlərə, sanitar-gigiyenik vəziyyətə nəzarət gücləndirildi.
Şəhərdə mobil təbliğat qruplarının üzvləri də xəstəliyin əlamətləri, sosial məsafənin gözlənilməsi, şəxsi gigiyena qaydalarına riayət edilməsi, tibbi maskalardan istifadə qaydaları, vətəndaşların xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və hər cür ehtiyat tədbirləri görmələri barədə əhali arasında maarifləndirmə işlərini davam etdirir.
   Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimində koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması üçün Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədovun dövlət orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin rəhbərlərinə ünvanladığı 18 iyul 2020-ci il tarixli 10/763 nömrəli məktubunda qeyd edilən tapşırıqların yerinə yetirilməsi və məktuba əlavə edilən “Xüsusi karantin rejimi dövründə dövlət oraqnlarında (qurumlarında) koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqəsdilə sanitariya-epidemioloji və proflaktik Tələblər”in tətbiq edilməsi sahəsində də şəhərdə preventiv tədbirlər müəyyən edilmiş, xəstəliyin əlamətləri barədə əməkdaşlar məlumatlandırılmış, onların sosial məsuliyyətli davranmaları tövsiyə edilmiş, yerlərdə məlumat xarakterli panolar qoyulmuşdur.
   Şəhərdə Operativ Qəragahın üzvləri və mobil təbliğat qrupları ticarət və ictimai iaşə obyektlərinə reydləri davam etdirir. Obyekt sahiblərinə və vətəndaşlara tibbi maskadan istifadənin vacibliyi, sosial məsafənin gözlənilməsi barədə xəbərdarlıq edilir,  karantin rejimini pozanlar barədə ciddi cəza tədbirlərinin görüləcəyi, xüsusi karantin rejiminin qaydalarına hər kəsin əməl etməsinin vacib olduğu vurğulanır.

Keçidlər