Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər İcra Hakimiyyətində video-müşavirə keçirilib.

29 avqust 2020 | 16:00

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun sədrliyi ilə növbəti video-müşavirə keçirildi. Müşavirədə DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov, Şirvan şəhər Polis şöbəsinin rəisi Hikmət Quliyev, Hacıqəhramanlı Bələdiyyəsinin sədri Samirə Abışova və İcra Hakimiyyətinin məsul əməkdaşları, İcra nümayəndələri, aidiyyatı xidmət təşkilatlarının rəhbərləri iştirak etmişdir.
    Video-müşavirədə giriş sözü ilə çıxış edən Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, avqust ayının 30-u Məhərrəmlik ayının 10-cu günü - Aşura günüdür.Həmin gün həmişə ölkəmizdə İmam Hüseyn əleyihissəlamın, kərbəla şəhidlərinin, eyni zamanda torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin anıldığı gün kimi yüksək səviyyədə qeyd olunub.Dünyanı bürüyən koronavirus pandemiyası ilə əlaqədar digər ölkələrdə olduğu kimi respublikamızda da kütləvi tədbirlərin, o cümlədən dini mərasimlərin keçirilməsi  Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə qadağan edilmişdir. Bu barədə  Qafqaz Müsəlmanları İdarəsi tərəfindən də əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə  bütün məscid və ziyarətgahlara tapşırıqlar verilmiş, məscidlərdə Aşura mərasimlərin keçirilməsi məqsədəuyğun hesab edilməmişdir.Bildirdi ki, Operativ Qərərgahın qərarı və Qafqaz Müsəlmanları İdarəsinın müraciəti dindarlarımız və vətəndaşlar tərəfindən anlayışla qarşılanıb. Dindarlarımız  Məhərrəmlik ayında, o cümlədən Aşura günü İmam Hüseyn əleyihissəlam və Kərbala şəhidləri ilə bağlı təziyədarlığı yalnız  öz evlərində fərdi qaydada edə bilər.
    Bu barədə İcra Hakimiyyətinin, Polis şöbəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri şəhərdə fəaliyyət göstərən məscidlərin və dini icmaların rəsmiləri ilə lazımi söhbətlər aparmış, onlara məscidlərdə kütləvi tədbirlərin keçirilməməsi barədə xəbərdarlıq edilmişdir.
   Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şirvanlıların Məhərrəmlik ayı və Aşura günü ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərərgahın qərar və tapşırıqlarına ciddi əməl edəcəyi və əsl vətəndaşlıq mövqeyi nümayiş etdirəcəyinə əminliyini vurğuladı.
   Videomüşavirədə çıxış edən aidiyyatı dövlət qurumlarının nümayəndələri Məhərrəmlik və Aşura günü ilə əlaqədar gördükləri işlər və həyata keçirdikləri qabaqlayıcı tədbirlər barədə geniş məlumat verdilər.Həyata keçiriləcək profilaktik tədbirlərlə bağlı təkliflər irəli sürdülər.
   Sonda Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov aidiyyatı dövlət qurumlarının, xidmət təşkilatlarının rəhbərlərinə, İcra Hakimiyyətinin məsul əməkdaşlarına  Məhərrəmlik ayında, o cümlədən  Aşura günündə xüsusi karantin rejiminin qaydalarına ciddi əməl edilməsi istiqamətində həlli vacib olan zəruri tapşırıqlar verdi.

Keçidlər