Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər ərazisində ticarət, ictimai-iaşə, məişət və digər növ xidmət obyektlərində keçirilən reydlər əhalinin sağlamlığına xidmət edir.

01 sentyabr 2020 | 16:00

Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul etdiyi qərarlar, verdiyi tapşırıq və tövsiyələr Şirvan şəhərində də ardıcıl yerinə yetirilir.
    Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən görülən qabaqlayıcı tədbirlər daha da gücləndirilir. Şəhər İcra Hakimiyyəti yanında yaradılmış Operativ Qərargahın, mobil təbliğat qruplarının, şəhər Polis şöbəsinin və Qida Təhlükəsizliyi  Agentliyinin Salyan Regional Bölməsinin əməkdaşlarının iştirakı ilə avqust ayının 31-də 23 ictimai-iaşə obyekti, 112 ticarət obyekti, 9-u bərbərxana, gözəllik salonu və 7-si digər obyektlər olmaqla, ümumilikdə 151 müəssisədə reyd keçirilmişdir.
   Şirvan şəhər Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsi ilə inzibati xəta törətmiş 1 nəfər şəxsə 100 manat məbləğində cərimə tətbiq edilmişdir.
   Reydlər zamanı sahibkarlara, alıcılara və xidmətdən istifadə edən şəxslərə karantin rejiminin qaydaları, qida təhlükəsizliyi və sanitar-epidemioloji sahədə mövcud qanunvericilik izah edilmiş, icrası məcburi göstərişlər, maarifləndirici tövsiyələr verilmişdir.
   Görülən tədbirlərin əhalinin sağlamlığına və təhlükəsizliyinə xidmət etməsi sakinlər tərəfindən böyük  razılıq və minnətdarlıqla qarşılanır.

Keçidlər