Şirvan şəhərində koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri öz bəhrəsini verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz, hörmətli Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara şərtsiz əməl edilməsi üçün Şirvan şəhər İcra Hakimiyyətində yaradılan Operativ Qərargahın üzvləri və mobil təbliğat qrupları tərəfindən şəhərin bütün küçə və prospektlərində, əhalinin sıx toplaşdığı yerlərdə, məhəllələrdə fərdi izahetmə-xəbərdarlıq işləri aparılır. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, digər şəxslərlə minimum kantaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mütləq şəkildə tibbi maskadan istifadə etmək, ticarət, ictimai-iaşə və digər xidmət sahələrində dezinfeksiyaedici məhlullardan istifadə etmək, sosial məsafəni gözləmək, nəqliyyat vasitələrindən istifadə qaydalarına ciddi əməl etmək, infeksiyaya yoluxan insanların təcrid edilməsi və yalnız həkim nəzarətində müalicəsinin təşkili barədə tövsiyələr verilir.
3 sentyabr 2020-ci il tarixdə Şirvan şəhər İcra Hakimiyyəti yanında yaradılmış Operativ Qərargahın, mobil təbliğat qruplarının, şəhər Polis şöbəsinin və Qida Təhlükəsizliyi Agentliyinin Salyan Regional Bölməsinin əməkdaşlarının iştirakı ilə 35-i ictimai-iaşə obyekti, 102-si ticarət obyekti, 10-u bərbərxana və gözəllik salonu və 6-sı digər obyektlər olmaqla, ümumilikdə 153 müəssisədə reyd keçirilmişdir.
Reydlər zamanı sahibkarlara, alıcılara və xidmətdən istifadə edən şəxslərə karantin rejiminin qaydaları, qida təhlükəsizliyi və sanitar-epidemioloji sahədə mövcud qanunvericilik izah edilmiş, icrası məcburi göstərişlər verilmişdir.
Bütün təbliğat, maarifləndirmə və dezinfeksiya işləri gücləndirilmiş iş rejimində davam etdirilir. Şirvan şəhər İcra Hakimiyyətinin həyata keçirdiyi qabaqlayıcı zəruri tədbirlər öz bəhrəsini verir.