Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Türkiyə hərbi əməkdaşılığı və strateji müttəfiqlik

07 sentyabr 2020 | 16:00

Qafqazda geosiyasi proseslərin müxtəlif zamanlarda dəyişməsi, narahat hərbi- siyasi vəziyyət Azərbaycan-Türkiyə hərbi əməkdaşlığını ağır sınaqlardan kecirmişdir. Bu sınaqlar ərazi bütövlüyumuzun​ qorunmasındakı əməkdaşlıqdan tutmuş, ​ milli məsələlərin və maraqların təmin olunmasındakı müttəfiqliyin geostrateji əsaslarını əhatə edir. Kecən əsrlərdən hər iki dövlətin eyni cəbhədə birləşən vahid ​ mövqeyi, bu mövqenin ​ regionda ​ və ​ bütövlükdə qitədə gedən proseslərin məcrasına təsiri və hətta proseslərin istiqamətini dəyişməsi ​ əməkdaşlığın xüsusi qlobal mahiyyəti haqqında kompleks təsəvvür yaradır. Daha önəmli fakt isə bu əməkdaşlığın hər zaman həm də​ regional tərəqqiyə mühüm töhfələr verməsindədir. Xüsusi qeyd edilməlidir ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər,​ xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki qardaş ölkəni həmişə bir-birinə doğma edib. Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün də hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmış, xüsusilə hərbi əməkdaşlıq keyfiyyətcə yeni müstəviyə keçmişdir. XXI əsrin astanasında bu əməkdaşlıq böyük turk dünyasını qlobal tranzit layihələrdə birləşdirdi. Dövlətimiz bu prosesdə aktorluq missiyasını həyata kecirərək Türk ​ Dünyasının özünütanıma və özünəqayıdış yolunda​ daha​şərəfli bir tarixini yazmış oldu. Təkcə enerji siyasətindəki müttəfiqlik həm də təhlükəsizlik və müdafiə sahəsindəki əməkdaşlıq ücün yeni imkanlar acdı. Bu isə müasir dünyanın siyasi mənzərəsində cox böyük hadisələrə öz təsirini göstərmişdir. Hətta xatırlamaq zəruridir ki, yaxın tariximizdə Türkiyənin Ermənistanla münasibətlərinin normallaşmasını, sərhədlərin açılmasını nəzərdə tutan Sürix protokollarının parlamentdə ratifikasiyasının ​ mümkünsüzlüyü Tükiyə dövləti tərəfindən rəsmən bəyan edildi və qəti mövqe ortaya qoyuldu. ​  Müstəqillik qazandıqdan sonra  isə Türkiyə Azərbaycan Silahlı Qüvvələrin formalaşmasına yardım göstərərək orduda kadr çatışmazlığını aradan qaldırdı. Cox qısa zamanda iki ölkə arasında hərbi-texniki əməkdaşlıq inkişaf etdi. Türkiyə Azərbaycanda kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük dönüş yaranmasına öz koməyini göstərmiş, hər​ il Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimləri sistemli xarakter almışdır. Bu il də ​ Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin daha geniş miqyasda iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilməsi bir daha strateji müttəfiqlik əzmini nümayiş etdirdi. Qeyd etmək zərurudir ki Prezidenti İlham Əliyev bu əməkdaşlığa dair həmişə xüsusi həssas mövqe numayiş etdirmişdir. 2020 ci il avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən ​ dövlətimizin başcısı xüsusi olaraq bildirdi ki, “hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var”.​ Daha sonra bu əməkdaşlığın mahiyyətinə vararaq bir sıra qara qüvvələrin​ narahatlıq yaratma cəhdlərinə qarşı tutarlı siyasi cavab ünvanladı. “Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür”; Bu o demək idi ki, hec bir qüvvə iki qardaş xalqın nəinki hərbi əməkdaşlığına hətta onun strateji mahiyyət kəsb edən müttəfiqlik səviyyəsinə catmasına mane ola bilməz. Bu xalqlarımızın marağını ifadə edən prosesdir. Hər iki dövlətlər isə bu maraqların təmin edilməsini artıq dövlət siyasəti kimi qəbul ediblər. Odur ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Saziş cari ilin iyulun 2-də qüvvəyə mindi və iki ölkə arasındakı hərbi əməkdaşlığın hazırkı mərhələsi həm də daha cox NATO ilə əməkdaşlıq cərcivəsində - yəni NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək göstərir. Digər tərəfdən Azərbaycanla Türkiyə arasında ​ təhlükəsizlik ​ məsələlərinə dair ​ imzalanmış strateji müqavilələrdən irəli​ gələn məsələlər sırasında Türkiyənin regionda milli maraqları, onun milli təhlükəsizlik​məsələləri ilə sıx bağlıdır. Narahat regionda işğalçılığı göz yümmaq ona haqq qazandırmaq​ kimi ədalətsizlik edən qüvvələrə qarşı qardaş ​ Türkiyə və Azərbaycan dövlətləri milli təhlükəsizliyə olan təhdidlərin zərəsizləşdirilməsi baxımından strateji müttəfiqlik yolunu tutmuşlar. Bu da öz növbəsində hərbi kadrların hazırlanması, maddi-texniki təchizat məsələlərindən tutmuş, müdafiə sənayesi sahəsində iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi yolunda yeni imkanların yaranmasını müntəzəm olaraq ​ gündəmə gətirməkdədir. Məsələn bu gün Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə məsələsi Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı üçün mühüm istiqamətlərdən hesab olunur. İki ölkə terrorizmdən əziyyət çəkdiyi ücün bu istiqamətdə ayrı-ayrılıqda və birgə mübarizəni ​ haqlı olaraq​ bir sıra dövlətlərin qarşısında kəskin qoyurlar.
​ ​ ​ ​ ​ Beləliklə də bu müttəfiqlik dinindən, irqindən, milliyətindən aslı olmayaraq bəşəri prinsiplər əsasında dünyada sülhə və sabitliyə təhdidlərin qarşısını almağı dövlətlər qarşısında qoyur.​ Ona görə də Azərbaycan dövləti Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı haqlı olaraq narahatdır. Ermənistan ərazilərimizi işğal etmiş ölkədir. Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir. Belə ​ işqalcı missiyanı dövlət siyasətinə cevirmiş ölkənin müttəfiqliyindəki məlum ​ məramlar da özunu göstərməyə bilməz.
​ ​ ​ ​ ​ Azərbaycan dövlətinin​ bütün bunlarla bağlı açıq, səmimi, obyektiv, ciddi arqumentlər əsasında birmənalı mövqeyi hər zaman Prezident İlham Əliyev tərəfindən ifadə olunmuşdur. Bu yaxınlarda Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirini qəbul edərkən ​ Prezident İlham Əliyev bütün diplomatik təmaslarda olduğu kimi ​ həm də milli maraqlara söykənən qətiyyəti yenə də nümayiş etdirdi və dedi: “Açığını desək, düşünürəm ki, son bir neçə il aramızda çox aşağı səviyyədə əməkdaşlıq illəri olub. Əvvəlki vaxtlarda bizim daha fəal təmaslarımız olub. Cənab səfir, mən sizinlə açıq danışacağam. Sözsüz ki, diplomatların özlərinə məxsus ünsiyyət üslubu olur. Mən diplomatlar hazırlayan institutda təhsil almışam. Ona görə də mən diplomatik dilin nə olduğunu bilirəm. Lakin, zənnimcə, yaxşı olar ki, harada olduğumuz, nə istədiyimiz və necə irəli getməyimizlə bağlı aydın anlayışa sahib olmaq üçün bir-birimizin mövqelərimizi bilək”. Cənab Prezident diplomatik məharətlə Yunanıstan dövlətinin​ 3 əsas məqamda ədalətsiz mövqeyini və belə mövqeyin Azərbaycan üçün keçərli olmayacağını birbaşa izah etdi və hər bir atılan addımın dövlətimiz tərəfindən dəqiq təhlil olunduğunu səfirə siyasi ustalıqla anlatdı. Bunlar icərisində ​ Yunanıstanın qaz şirkəti “DESFA”nın satışı ilə bağlı tenderin nəticələrinə Yunanıstan hökumətinin ədalətsiz müdaxiləsi də daxil olmaqla rəsmi Afinanın işğalçı Ermənistana verdiyi dəstək, Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlik və bu gərginlikdə Türkiyənin haqlı mövqeyinin Azərbaycan tərəfindən dəstəklənməsinin açıqca bəyan edilməsi kimi cox mühüm məsələlər var idi.​ Dövlətimizin başcısı bütün bunların fonunda ​ Yunanıstanın ​ bu istiqamətdəki mövqeyinin regiondakı sabitliyə zərbə olduğunu və bu mövqenin daha ağır fəsadlara yol açmasını faktlarla ortaya qoydu. “Əməkdaşlığın bu üçtərəfli formatı bizi narahat edir. Əlbəttə ki, hər bir ölkə nəyi doğru düşünürsə, onu da edir. Buna görə biz bunu bloklamaq və ya istənilən şəkildə qarşısını almaq mövqeyində deyilik. Lakin hesab edirəm ki, bunun bizi narahat edən məsələ olduğunu məndən eşitməyiniz yaxşıdır və bunun niyə görə baş verdiyini mən izah etdim. Ermənistanın torpaqlarını işğal edən Azərbaycan deyil, Ermənistan Azərbaycanın ərazisini işğal edib. Bu da bütün beynəlxalq təşkilatların sənədlərində öz əksini tapıb”. Daha sonra ​ Prezident İlham Əliyevin xüsusi diqqət ayırdığı daha bir məqam Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginliklə bağlı idi. Azərbaycan dövlətinin sözügedən məsələyə münasibəti kifayət qədər aydın səslənir: “Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.
   Beləliklə də ​ Azərbaycan-Türkiyə münasibətlərinin coxtərəfli istiqamətlərinin hazırkı mərhələsi ​ ​ tarixin sinaqlarından kecmiş ​ sadiqlik, etibar və qarşılıqlı inama söykənir. Bu artiq bütün dünyaya məlumdur ki, hər iki qardaş ölkənin strateji tərəfdaşlığının əsasında bilavasitə sülhün və sabitliyin qorunması, region xalqlarının rifahı dayanmaqdadır. Dövlət başçımız növbəti belə qətiyyətli addımı ilə Yunanıstan dövlətinin səfirini qəbul edərkən ​ ikili standartlar siyasətinin təsiri altında siyasi manipulyasiya yolunun təsirində olanlara sərt ismarıc göndərdi. Heç şübhəsiz ki, bu mövqe ümumən Azərbaycanın mövqeyini, gücünü və beynəlxalq münasibətlər sistemində yerini nümayiş etdirməklə​ həm də Azərbaycan Türkiyə strateji müttəfiqliyinin​ gücünu bir sıra dövlətlərə sübut etdi.

Keçidlər