Şirvan şəhər İcra Hakimiyyətində növbəti videomüşavirə keçirilib.
Şirvan şəhər İcra Hakmiyyətinin başçısı İlqar Abbbasovun sədrliyi ilə keçirilən videomüşavirədə DTX-nın Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov, Polis şöbəsinin rəisi Hikmət Quliyev, Şirvan şəhər Xəstəxanası PHŞ-nin direktoru Fərhad Səfərov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Mehdixan Süleymanov və İcra Hakmiyyətinin məsul əməkdaşları, icra nümayəndələri, aidiyyəti xidmət təşkilatlarının rəhbərləri iştirak edib.
Videomüşavirədə çıxış edən Şirvan şəhər İcra Hakmiyyətinin başçısı İlqar Abbbasov Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə qərarından irəli gələn vəzifələrlə bağlı Prezident Administrasiyasının təşkilatçılığı ilə onlayn mətbuat konfransının keçirildiyini, konfransda adiyyatı dövlət qurumlarının rəhbərlərinə Qaydalardan irəli gələn bir sıra müvafiq tapşırıq və tövsiyələrin verildiyini, yeni tədris ilinə hazırlıqla bağlı tədbirlərin yerlərdə də yerinə yetirilməsinin zəruriliyindən danışıb. Bildirib ki, bu vəzifələrin həyata keçirilməsi istiqmətində Şirvan şəhərində də xeyli işlər görülüb, təhsil müəssisələrində cari təmir işləri aparılıb, müəllim və texniki işçilər testdən keçirilib, bütün təhsil müəssisələrində, məktəb və uşaq bağçalarında xüsusi hazırlığlı mütəxəsislər tərəfindən dezinfeksiya işləri aparılıb, sanitar qovşaqlar, istilik sistemləri yenilənib, dayanıqlı su təchizatı yenilənib, dezinfeksiya edici məhlullar alınıb, uşaq bağçaları və təhsil müəssisələri yeni dərs ilinə tam hazır vəziyyətə gətirilib.
Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz, hörmətli Mehriban xanım Əliyevanın ölkəmizdə koronavirus infeksiyasının (COVİD-19) qarşısının alınması istiqamətində verdiyi tapşırıq və tövsiyələrin, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar, tapşırıq və tələblərinin yerinə yetirilməsi sahəsində Şirvan şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Operativ Qərargah tərəfindən görülən işlər barədə geniş məlumat verib. İnfeksiyanın yayılmasının qarşısının alınması sahəsində görülən tədbirlərin öz bəhərsini verdiyini bildirib. İcra Hakmiyyəti nəzdində Operativ Qərargahın, mobil təbliğat qrupunun apardığı maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirildiyini, ticarət, ictimai-iaşə obyektlərində keçirilən reydlərin səmərə verdiyini, əhalinin böyük əksəriyyətinin qapalı yerlərdə maskalardan istifadə etdiyini, sosial məsafəni gözlədiyini qeyd etdi. Şəhərin inzibati ərazisində, park və xiyabanlarda, məhəllələrdə, ictimai yaşayış binalarında, pilləkən qəfəslərində, zirzəmilərdə, məişət tullantıları konteynerlərində, sərnişin xidməti göstərən nəqliyyat vasitələrində, avtobus dayanacaqlarında, xüsusi ilə əhalinin daha sıx toplaşdığı yerlərdə qarafikə uyğun olaraq gücləndirilmiş dezinfeksiya işlərinin davam etdirildiyini vurğulayıb. Aparılan ardıcıl tədbirlərin öz bəhrəsini verdiyini, şəhərdə virusa yoluxma hallarının azaldığını real faktlarla qeyd edib. Müşavirə iştirakçılarını və sakinləri virusa yoluxma hallarının azalmasından arxayınlaşmamağa və karantin rejiminin tələblərinə bundan sonra da ciddi əməl etməyə çağırıb.
Videomüşavirədə infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən görülən işlər barədə ətraflı məlumatlar verilib. Həyata keçiriləcək profilaktik tədbirlərlə bağlı təkliflər irəli sürülüb. Sonda Şirvan şəhər İcra Hakmiyyətinin başçısı İlqar Abbasov həlli vacib olan məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə, məsul əməkdaşlara müvafiq tapşırıq və tövsiyələr verib.