Şirvanda inteqrasiya olunmuş sosial xidmətlər davam edir.
Gənclər üçün Təhsil Mərkəzi, UNİCEF, Avropa İttifaqı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra etdiyi “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” adlı layihə çərçivəsində COVİD-19 Pandemiyası ilə əlaqədar Şirvan şəhərində xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə vətəndaşlara sosial xidmətlər göstərilir. Layihə çərçivəsində COİVİD-19 pandemiyası ilə əlaqədar təşkilatın resursları və sahibkarlar tərəfindən 100 aztəminatlı ailələrə ərzaq yardımı paylanmış, təşkilatın sosial işçiləri tərəfindən 190 manat birdəfəlik müavinatla bağlı 3000-dən çox ailəni könüllü olaraq qeydiyyatdan keçirmiş, Mərkəzi Qan Bankının Şirvan Regional Bölməsində qan xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası təşkil etmiş, qaçqın və məcburi köçkünlərin yaşadığı 685 mənzilli yeni qəsəbədə İcra Hakimiyyətinin əməkdaşları ilə birgə sakinlər arasında COVİD-19 haqqında maarifləndirmə materialları paylanılmış və sakinləri maraqlandıran suallara cavab verilmişdir.
GTM, UNİCEF, Avropa İttifaqı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalinin COVİD-19 haqqında məlumatlılıq səviyyəsini artırmaq məqsədilə hazırladıqları maarifləndirmə xarakterli materiallar sosial işçilər vasitəsi ilə Şirvan şəhər Doğum Evində, Şirvan şəhər Birləşmiş Uşaq Xəstəxanasında və bir sıra apteklərdə paylamışlar.
Layihə çərçivəsində bir uşağ MedEra Hospitalda ali dərəcəli nevropotoloq-psixoterapevt, professor Rəhim Rəhimov tərəfindən müayinə və müalicə edilmiş, autizm sindromlu 2 uşağın əlilliyi rəsmləşdirilmiş, ailəyə 200 manat müavinət təyin edilmiş, İDEA İB-nın sədri Leyla xanım Əliyeva tərəfindən Milli Onkoloji Mərkəzdə bir uşağın cərrahi əməliyyatı təşkil edilmiş, “Azərpoçt”MMC-nin Şirvan Regional filialında müxtəlif maarifləndirici materiallar internet resurslarında yerləşdirilərək paylaşılması həyata keçirilmişdir.
Layihənin icraçıları bir ailənin müraciət əsasında serabral iflic övladı M.Ə.Mirqasımov adına Respublika Klinikasında bir ay müddətində müayinə və müalicə edildi, əlilliyinin rəsmləşdirilməsinə köməklik olundu.
Gənclər üçün Təhsil Mərkəzi, Avropa İttifaqı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə icra etdiyi “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində bizə müraciət edən bir ana keysəriyyə yolu ilə iki qız övladı dünyaya gətirmişdi, hamilə olduğu üçüncü övladı oğlan idi. Onun burada keysəriyyə yolu ilə götürülməsi riskli idi. Bunun üçün biz “Ümidli gələcək”İctimai Birliyinin sədri Kəmalə Aşumova ilə birgə ailəni “Leyla Medikal Çentr” Xəstəxanasına göndərdik. Cərrahi əməliyyat uğurla başa çatdı. Həkim ginikoloq-cərrah Aynurə Abdullayeva anaya oğlan övladını dünyaya gətirməkdə köməklik etdi.
3 övladı ilə həyat yoldaşından ayrılmış ana bizə müraciət edərək aliment ala bilməsinə köməklik göstərilməsini xahiş edirdi.
Müraciət tərəfimizdən qeydiyyata alınmış və təşkilatın vəkili Kənan Əbdülrəhmanov alimentin alınması ilə bağlı bütün hüquqi prosedurları həyata keçirmiş, ailəyə 300 manat aliment təyin edilmişdi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi UNİSEF-in birgə uşaqların dövlət müəssisələrinə düşmələrinin qarşısının alınması məqsədilə “Ailə inkişaf planı” hazırlanmış, “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsinin sosial işçi qrupu olaraq tərəfimizdən Şirvan şəhər, Sabirabad, Salyan, İmişli, Hacıqabul, Neftçala, Beyləqan, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı rayonlarında 73 ailədə aparılan qiymətləndirmələr nəticəsində 66 uşağın müəssisəyə yerləşdirmə səbəbləri, sosial-psixoloji vəziyyətləri, sosial müdafiəyə ehtiyacları, uşağın ailədə yaşamaq potensialı, riskləri və s. Məsələlər öyrənilib “Ailə inkişaf planı” üzrə həmin ailələrlə bağlı zəruri istiqamətlərdə sosial dəstək tədbirlərinin görülməsi nəzərdə tutulub.
Şirvan şəhərində yaşayan balaca Nihadın bizə ünvanlanan müraciətində ata- anası həbsdə olduğu üçün geyimlə təmin edilməsini xahiş edirdi. Biz də “Ekonom Univermaq”ın rəhbərliyi ilə birgə Nihadı geyim və oyuncaqlarla təmin etdik.
İki övladının göz qişasının əməliyyatı ilə bağlı bizə müraciət edən ananın da xahişi nəzərə alındı. “Nur klinikası”nın baş həkimi Günel Sayılova uşaqları müayinə etdikdən sonra hər ikisinin gözünü əməliyyat etdi.
Hacıqəhrəmanlı qəsəbəsində uşağında tələffüz qüsuru olan ailənin müraciəti ilə əlaqədar Dental Klinikasının nəzdində fəaliyyət göstərən Şirvan loqopedik şöbənin baş deffektoloqu Ədilə xanımla əlaqə yaratdıq. Ədilə xanım və əməkdaşları həmin uşaqla mütəmadi məşğul olmağa başladı.
Hacıqəhrəmanlı qəsəbəsindən bizə müraciət edən ata birinci evliliyindən olan oğlunun Neftçalada anasının yanında atalığı tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirirdi. Məsələ ilə bağlı zəruri tədbirlər gördük. Oğlanı atasının yanına gətirdik. Uşağı təhsilə cəlb etdik. Məktəbli forması və ləvazimatlarla təmin etdik.
Bayramlı qəsəbəsindən müraciət edən xanımın da səhətində ciddi problen var idi. Biz Şirvan Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Nəsib Səhratovla əlaqə saxladıq. Xəstənin müayinə və müalicəsi, əməliyyatı aparıldı.
Gənclər üçün Təhsil Mərkəzi, UNİCEF, Avropa İttifaqı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra etdiyi “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” adlı layihə çərçivəsində COVİD-19 Pandemiyası ilə əlaqədar Şirvan şəhərində xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə vətəndaşlara göstərilən xidmətlər davam edir.
Fürsətdən istifadə edib layihə çərçivəsində gördüyümüz işlərdə bizə dəstək göstərən Şirvan şəhər İcra Hakimiyyətinə və xeyirxah insanlara öz təşəkkürümüzü bildiririk.
“İnteqrasiya olunmuş sosial xidmətlər modeli”
layihəsinin regional koordinatoru Ülviyyə Şahbazova