Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun “Bilik günü” münasibəti ilə təbriki

15 sentyabr 2020 | 16:00

Əziz şagirdlər!
     Hörmətli müəllimlər və valideynlər!
     Sizi yeni dərs ilinin başlanması, “Bilik Günü” münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm!
   Müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Ölkəmizdə bu istiqamətdə atılan addımlar bu fikri bir daha söyləməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.
   Dövlət başçısının təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində son illər təhsil tariximizdə yüksək inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi dövrü kimi xarakterizə olunur, təhsil sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınır.
   Möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan, təhsil sektorunun yol xəritəsi olan təhsilin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq edilməsindən 6 ildən çox vaxt ötmüşdür. Ötən müddət ərzində strategiyanın icrası istiqamətində bir sıra əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.
   Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində, Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində bir milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılmışdır.
Dünyanı bürüyən koronavirus pandemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsində möhtərəm Prezidentimiz cənab  İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən bütün zəruru tədbirlər həyata keçirilmişdir.
   Azərbaycan Respulikası Nazirlər Kabinetinin 10 sentyabr 2020-ci il tarixli qərarı ilə  “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” təsdiq edilmişdir.
   15 sentyabr 2020-ci il tarixdən etibarən ölkənin ümumi təhsil müəssisələrində ibtidai təhsil səviyyəsi üzrə tədris və təlim-tərbiyə prosesinin başlanmasını nəzərə alaraq Azərbaycan Respulikası Nazirlər Kabinetinin qeyd olunan Qərarının şəhərin təhsil müəssisələrinin rəhbərləri, pedaqoji kollektivləri,  şagirdləri tərəfindən icrasının təmin olunması mütləqdir.
   Qeyd olunan qaydaların tələblərinə riayət olunması təhsil müəssisələrinin normal fəaliyyət göstərməsi ilə yanaşı şagird və müəllimlər arasında COVİD-19 virusunun yayılmasının qarşısının alınmasına ciddi xidmət edəcəkdir.
   2020-2021-ci tədris ilinin günün tələbləri səviyyəsində təşkilində və yüksək səviyyədə həyata keçirilməsində  hər birinizə uğurlar arzulayıram!

     Hörmətlə,  
         İlqar Abbasov
        Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı

 

 

 

 

Keçidlər