Şirvanda insanların sağlamlığına xüsusi önəm verilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz, hörmətli Mehriban xanım Əliyevanın ölkəmizin hərtərəfli inkişafına, xalqımızın rifah halının yüksəlməsinə və əhalinin sağlamlığının qorunmasına xidmət edən şərəfli fəaliyyətləri, həyata keçirilən uğurlu kadr siyasəti nəticəsində yerlərdə də davam etdirilir.
Ümumdünya Səhiyyə təşkilatının tövsiyələri, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul etdiyi qərarlar, tapşırıq və tələblər Şirvan şəhər İcra Hakimiyyəti və digər aidiyəti qurumlar tərəfindən ardıcıl yerinə yetirilir, görülən qabaqlayıcı tədbirlər daha da gücləndirilir.
Şirvan şəhər İcra Hakimiyyəti yanında yaradılmış Operativ Qərargah üzvlərinin, mobil təbliğat qruplarının, şəhər Polis şöbəsinin, Qida Təhlükəsizliyi və Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə keçirilən reydlərin əhatə dairəsi daha da genişləndirilir. Keçirilən reydlər, görülən qabaqlayıcı tədbirlər öz bəhrəsini verir. 17 sentyabr 2020-ci il tarixdə keçirilən reydlərin nəticələri bunu bir daha təsdiq edir. Həmin günü 19 ictimai-iaşə, 89 ticarət, 14 bərbərxana və gözəllik salonu və 10 digər obyektə reydlər keçirilmiş, sahibkarlara, alıcılara, xidmətlərdən istifadə edən vətəndaşlara karantin rejiminin qaydaları, qida təhlükəsizliyi və sanitar-epidemioloji sahədə mövcud qanunvericilik geniş izah edilmiş, icrası məcburi göstərişlər verilmiş, dezinfeksiya məhlullarından, maskadan istifadə etmək, sosial məsafənin gözlənilməsi barədə maarifləndirici söhbətlər aparılmış, müvafiq tövsiyələr verilmişdir.
Karantin rejiminin yumşaldılmasına baxmayaraq şəhərdə görülən qabaqlayıcı tədbirlərə, əhalinin sağlamlığına və təhlükəsizliyinə xüsusi önəm verilməsi sakinlər tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanır.