Şirvanda koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri gücləndirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz, hörmətli Mehriban xanım Əliyevanın ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsinə yönəlik tapşırıq və tövsiyələri Şirvan şəhərində gücləndirilmiş tədbirlərlə yerinə yetirilir. Görülən qabaqlayıcı tədbirlər öz bəhrəsini verir, şəhərdə infeksiyaya yoluxma halları azalır.
Karantin rejiminin yumşaldılmasına baxmayaraq Ümumdünya Səhiyyə təşkilatının tövsiyələri, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul etdiyi qərarlar, tapşırıq və tələblər Şirvan şəhər İcra Hakimiyyəti və digər aidiyəti qurumlar tərəfindən davamlı olaraq yerinə yetirilir.
Şirvan şəhər İcra Hakimiyyəti yanında yaradılmış Operativ Qərargah üzvlərinin, mobil təbliğat qruplarının, şəhər Polis şöbəsinin, Qida Təhlükəsizliyi və Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə keçirilən reydlərin əhatə dairəsi daha da genişləndirilir. 18 sentyabr 2020-ci il tarixdə 17 ictimai-iaşə, 111 ticarət, 7 bərbərxana və gözəllik salonu və 6 digər obyektdə keçirilən reydlər zamanı, sahibkarlara, alıcılara, xidmətlərdən istifadə edən vətəndaşlara karantin rejiminin qaydaları, qida təhlükəsizliyi və sanitar-epidemioloji sahədə mövcud qanunvericilik geniş izah edilmiş, icrası məcburi göstərişlər verilmiş, dezinfeksiyaedici vasitələrdən, maskadan istifadə etmək, sosial məsafənin gözlənilməsi barədə maarifləndirici söhbətlər aparılmış, sakinlərə karantin rejiminin qaydalarına ciddi əməl etmələri tövsiyə edilmişdir.
Şəhərdə infeksiyaya qarşı aparılan mübarizə tədbirləri sakinlər tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanır.