Şirvanda Konstitusiyanın qəbul edilməsinin 16-cı ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir
Şirvan Şəhər İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Milli İdeologiya Mərkəzində Konstitusiyanın qəbul edilməsinin 16-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev Azərbaycan Respublikası Konstitusiyasının memarıdır” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Tədbirdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov 16 il əvvəl Konstitusiyanın qəbul edilməsinin əhəmiyyətindən, onun hazırlanmasının, ümumxalq səsverməsi (referendum) ilə qəbul edilməsinin vacibliyindən, Konstitusiyanın qəbul edilməsinin zəruri edən tarixi şəraitdən ətraflı söhbət açmışdır.
Şəhər prokuroru Həsən Hənifəyev mövzu ilə bağlı məruzə etmişdir.
Konfransda çıxış edənlər Əsas Qanunun qəbul edilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışmış, müstəqil Azərbaycanın ilk Konstitusiyasının ümumbəşəri və demokratik prinsiplərə əsaslandığını, insanların hüquqlarını müdafiə etmək naminə bütün təminatları verdiyini nəzərə çarpdırmışlar.