Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda keçirilən reydlər daha da gücləndirilir.

24 sentyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həyata keçirilən kompleks tədbirlər Şirvan şəhərində də uğurla davam etdirilir.
   Karantin rejiminin yumşaldılmasına baxmayaraq Şirvan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılan Operativ Qərargahın üzvləri, tərkibində bir nəfər DİN əməkdaşı olmaqla, Şirvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının, ŞİHB-nın İnzibati Ərazi Dairələri üzrə nümayəndələrin, bələdiyyələrin və digər qrumların təmsilçilərindən ibarət olan 35 mobil təbliğat qrupları ərazidə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət edir, koronavirus infeksiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı yerlərdə davamlı olaraq maarifləndirmə və təbliğat işləri aparırlar.
Polis əməkdaşlarının iştirakı ilə qapalı məkanlarda, eləcə də ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reydlər davam etdirilib. Reyd zamanı şəhərdaxili marşrut avtobusları, eləcə də minik avtomobilləri yoxlanış məqsədi ilə saxlanılıb. Fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadə etməyən şəxslərə karantin rejimi qaydaları izah olunub.
   Şəhər İcra Hakimiyyəti yanında yaradılmış Operativ Qərargah üzvləri, mobil təbliğat qrupları, şəhər Polis şöbəsinin, Qida Təhlükəsizliyi və Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə 23 sentyabr 2020-ci il tarixdə keçirilən reydlər zamanı 15 ictimai iaşə, 105 ticarət, 16 bərbərxana və gözəllik salonu və 5 digər obyektlərdə sahibkarlara, satıcı və alıcılara, xidmətdən istifadə edən vətəndaşlara karantin rejiminin qaydaları, qida təhlükəsizliyi və sanitar epidemioloji sahədə mövcud qanunvericilik geniş izah edilmiş, icrası məcburi göstərişlər verilmiş, dezinfeksiya məhlullarından, maskadan istifadə etmək, sosial məsafənin gözlənilməsi barədə bir daha xəbərdarlıq edilmiş, maarifləndirici söhbətlər aparılmış, karantin rejiminin qaydalarına ciddi əməl etmələri tövsiyə edilmişdir.
   Şəhərdə görülən qabaqlayıcı tədbirlər öz bəhrəsini verir, infeksiyaya yoluxma halları azalır. Koronavirus infeksiyasına qarşı aparılan mübarizə tədbirləri, keçirilən reydlər şirvanlılar tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanır.

Keçidlər