Şirvanda nəzarət profilaktik tədbirlər gücləndirilir.
Respublikamızın Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həyata keçirilən kompleks tədbirlər Şirvan şəhərində də ardıcıl davam etdirilir.
Karantin rejiminin nisbətən yumşaldılmasına baxmayaraq Şirvan Şəhər İcra Hakimiyyəti yanında yaradılan Operativ Qərargahın üzvləri, Polis şöbəsinin, Qida Təhlükəsizliyi Agentliyinin, Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus (COVİD-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsəi ilə şəhər ərazidəki ictimai-iaşə, ticarət obyektlərinə, apteklərə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlara gücləndirilmiş nəzarət profilaktik tədbirlər həyata keçirilir, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət edilir, davamlı olaraq yerlərdə maarifləndirmə və təbliğat işləri aparılır.
Reyd zamanı obyektlərdə sosial məsafənin gözlənilməsi, o cümlədən satıcı və alıcıların maskalardan istifadə edib etməməsi yoxlanılır. Qapalı məkanlarda tənəffüs yollarını qoruyan vasitələr, yəni maskalardan istifadə etməyənlər cərimələnir. Həmçinin polislər tərəfindən sahibkarlar, alıcılar və xidmətdən istifadə edən sakinlərin diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etmələrinin vacibliyi çatdırılır. Avtobuslarda maskalardan istifadə etməyən sərnişinlər, belə hallara yol verən avtobus sürücüləri barədə də ciddi tədbirlər görülür, onlara xəbərdarlıq edilir.
Şəhər İcra Hakimiyyəti yanında yaradılmış Operativ Qərargahın üzvləri, mobil təbliğat qrupları, şəhər Polis şöbəsinin, Qida Təhlükəsizliyi və Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə 25 sentyabr 2020-ci il tarixdə keçirilən reydlər zamanı 27 ictimai-iaşə, 99 ticarət, 13 bərbərxana və gözəllik salonu və 8 digər obyektlərdə sahibkarlara, satıcı və alıcılara, xidmətdən istifadə edən vətəndaşlara karantin rejiminin qaydaları, qida təhlükəsizliyi və sanitar epidemioloji sahədə mövcud qanunvericilik geniş izah edilmiş, icrası məcburi göstərişlər verilmiş, dezinfeksiya məhlullarından, maskadan istifadə etmək, sosial məsafənin gözlənilməsi barədə bir daha xəbərdarlıq edilmiş, maarifləndirici söhbətlər aparılmış, karantin rejiminin qaydalarına ciddi əməl etmələri tövsiyə edilmişdir.
Açıq havada fəaliyyət göstərən ictimai-iaşə obyektlərində ümumi karantin qaydalarının pozulması halı olmamışdır.
Şirvan şəhər sakinləri keçirilən tədbirlərdən razı qaldıqlarını bildiriblər.
Şəhərdə xüsusi nəzarət profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcəkdir.