“Hərbi vəziyyət elan edilməsi haqqında” Prezident İlham Əliyevin Fərmanı ümummilli hərbi strateji məqsədimizi ifadə edir
Vətənimizin işğalçılardan azad olunması uğrunda aparılan genişmiqyaslı müharibədə ölkəmizdə hərbi vəziyyətin elan olunması xalq, dövlət və ordu birliyinin təzahürüdür. Müzəffər ordumuz tərəfindən erməni təxribatlarına olan tutarlı cavablar yaşından və sosial statusundan asılı olmayaraq, minlərlə vətənpərvər insanlarımızın könüllü olaraq orduya yazılması Azərbaycan cəmiyyətinin vahid məqsəd uğrunda Ali Baş Komandanın ətrafında sıx birləşdiyini göstərmişdir. Odur ki, Ermənistanın işğalçı siyasətinə qarşı xalqımız silaha sarılaraq vətənimizin azadlığı uğrunda haqq ədalət müharibəsinə başlamışdır. Qürurverici haldır ki, belə bir tarixi anda ölkədə hərbi vəziyyətin elan olunmasına dair Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanı xalqımız tərəfindən dəstəklənərək dünya ictimaiyyətinə yeni bir siyasi mesaj ünvanladı. Bu Azərbaycan xalqının vətəninin hər qarışı uğrunda haqq ədalət mübarizəsinində dönməzliyinin təzahürü kimi qiymətləndirilməlidir. “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanın tələblərinə riayət etmək isə hər bir vətəndaşımızın borcu və şəxsi məsuliyyətidir.
Hazırkı siyasi durum onunla xaraketizə edilməlidir ki, Azərbaycan dövləti onilliklərlə bəyan etdiyi dəyərlərə bu gün də sadiqdir. O bəşəriyyətin və regionun təhlükəziliyinə yönəlmiş təhdidlərin qarşısını almaq ücün beynəlxalq tribunalardan bu əsasda öz konsepsiyasını bəyan etmişdir. Bü siyasətin bütün konseptual əsasları öz təsdiqini tapdı ki, Azərbaycan Ermənistandan fərqli olaraq işğalçı siyasət yürütmür. Dözümlülük, sülh və mədəniyyətlərarası dialoq bütün dövrlərdə olduğu kimi, bu gün də əsas siyasi və mənəvi dəyərlərdəndir. Öz vətəninin müdafiəsi ilə yanaşı hətta həmin dəyərlərin bütövlüklə regionda qorunması naminə Azərbaycan dövləti öz ədalətli mübarizəsini aparmaqdadır.
Ona görə də cəmiyyətimizin ziyalıları və düşüncə sahibləri təqin etməlidirlər ki, bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəyliyə, vahid milli mübarizə əzminə şahididir və malikdir. Ölkədə aparılan milli siyasətin legitimliyi siyasi tariximizdə ilk dəfə olaraq 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanat verməklə milli birliyinin tarixi təcəssümünü ifadə etdilər. Bünlar göstərir ki, Azərbaycan Respublikası Prezidentinin “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanı azərbaycan xalqının seçimini ifadə edir. Bu seçim haqqın və tarixi ədalətin bərpa olunması qərarı olaraq qüdrətli Azərbaycan dövlətinin alternativsiz dövlətçilik stategiyasıdır.
Aynur Fərzəliyeva,
Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru