Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbi vəziyyət milli birliyə çağırışdır .

30 sentyabr 2020 | 16:00

Sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələri geniş miqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar,minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.Hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi Azərbaycan ordusu tərəfindən təmin edilir. Ölkənin Prezidenti cənab İlham Əliyevə  göndərilən saysız məktublarda ölkə əhalisinin Qarabağ uğrunda döyüşməyə hazır olduğu qeyd edilir. Son dövrdə baş verən hadisələr, Ermənistanın mənfur təxribatları,ölkə əhalisinin müraciətləri dövlət tərəfindən hərbi vəziyyət elan edilməsini zəruri etmişdir. Xalqımız bu vəziyyəti yüksək milli ruhla və soyuqqanlı şəkildə qəbul etmişdir. Belə ki, könüllü şəkildə müharibədə iştirak etmək üçün minlərlə insan müraciət etmiş, hər evdən “Qarabağ Azərbaycandır” şüarları səslənmişdir.Azərbaycan xalqının Cənab Prezidenti dəstəkləməsi dünya ictimaiyyətinə yönəlmiş və ünvanlı bir siyasi mesajdır. Bu gün Azərbaycan ordusunun bölmələri düşməni ağır məğlubiyyətə uğratmaqda davam edir. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi “Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan Silahlı Birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Azərbaycan Ermənistandan fərqli olaraq işğalçı siyasət yürütmür. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpağlarımızı işğalçılardan azad edəcəyik”. Azərbaycanın haqq və ədalətli mövqeyi,şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrinə bölünməməlidir, bunu etmək istəyən qüvvələr isə düşmənin yanında duranlardır.  Bizim torpağımız, Vətən uğrunda müharibəmiz müqəddəsdir. Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Bu gün Azərbaycanın döyüş qabiliyyəti dünyanın diqqət mərkəzindədir. Bu müqəddəs işdə Azərbaycan Ordusuna yeni qələbələr arzu edirik.
   Bütün Azərbaycan xalqı Sizinlədir Cənab Prezident ! Bu qələbə Sizin adınızla tarixə yazılacaq . Allah dövlətimizi və xalqımızı qorusun !

Namidə Namini,
Şirvan şəhər Mədəniyyət Mərkəzinin direktoru

Keçidlər