Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbi vəziyyətin elan edilməsi tarixi zərurətdir.

30 sentyabr 2020 | 16:00

Özlərini bütün dünyaya məzlum xalq kimi qələmə verməyə çalışan  işğalçı Ermənistanın sentyabrın 27-də beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycana qarşı açıq hərbi təxribatı bu ölkənin işğalçı mahiyyətini bir daha nümayiş etdirdi. Erməni vandalları bundan öncə olduğu kimi yenidən Azərbaycanla sərhəd boyu ərazilərimizi, orada yaşayan mülki əhalini və yaşayış məntəqələri müxtəlif çaplı silahlarla intensiv atəşə tutaraq öz təxribatçı, məkrli niyyətlərini həyata keçirməyə başladılar. Lakin Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və komandanlığı altında düşmən təxribatına tutarlı cavab verildi. Silahlı Qüvvələrimizin əks hücüm əməliyyatları nəticəsində düşmən mövqeləri darmadağın edildi. Düşmənə ölümcül zərbələr vuruldu. Belə bir həlledici məqamda Ali Baş Komandan İlham Əliyevin  qəbul etdiyi çevik və düzgün hesablanmış qərarları Azərbaycana öz haqlı mübarizəsində daha böyük üstünlüklər qazandırdı. Sentyabrın 27-də Prezident İlham Əliyevin “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanı bu gün Azərbaycan cəmiyyəti tərəfindən müsbət qarşılanır. Bu həm də yüksək hərbi hazırlığın olmasına dəlalət edir. Eyni zamanda xalq, dövlət və ordu birliyinə işarə edir. Hərbi vəziyyətin elan edilməsi tarixi bir zərurətdir.Bu zərurəti doğuran məqam isə xalqın öz haqqına sahiblənmək və doğma torpaqlarını geri almaq arzusudur. Ölkədə yaşından və sosial statusundan asılı olmayaraq kütləvi şəkildə vətəndaşların könüllü ordu sıralarına yazılması bu birliyin, həmrəyliyin daha bir bariz nümunəsidir. Bu həm də onu göstərir ki, Azərbaycan xalqı ruh yüksəkliyi ilə haqq uğrunda mübarizəyə hazırdır.Bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəylik nümayiş etdirir. Azərbaycanın siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiyanın Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanatı milli birliyinin ən ali təcəssümüdür. Bu birlik və həmrəylik ölkəmizin haqq-ədalət mübarizəsində xalqımızın öz haqqına sahib olmasına gətirəcək. “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanın tələblərinə riayət etmək artıq hər bir vətəndaşın borcu və şəxsi məsuliyyətidir.

Rövşən Allahverdiyev,
    Şirvan şəhər Təhsil Şöbəsinin müdiri

Keçidlər