Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq, dövlət, ordu birliyi!

30 sentyabr 2020 | 16:00

Bütün Azərbayacan xalqının gözlədiyi gün nəhayət gəldi çıxdı.Milli ordumuz Azərbaycan xalqının iradəsini ifadə etməklə bu gün işğal olunmuş torpaqların düşməndən təmizləmə əməliyyatlarına başlamışdır. 27 sentyabr 2020-ci il  müasir Azərbaycan tarixində qızıl hərflərlə yazılacaqdır.Bizim işimiz haqq işidir! Zəfərimiz uzaqda deyil! Qarabağsız Azərbyacan yoxdur! Ölkə Prezidenti,Ali Baş Komandan, cənab İlham Əliyevin sözləri ilə desək “Qarabağ tarixi,əzəli Azərbaycan torpağıdır”, “Qarabağ Azərbaycandır!”. Bu müqəddəs vəzifəni yerinə yetirmək üçün orduda, əhalidə, kiçikdən böyüyə qədər görünməyən ruh yüksəkliyi müşahidə olunur. Xalq,dövlət,ordu birliyi göz qabağındadır.Hərbi vəziyyətin ölkədə elan olunması təkcə yüksək hərbi hazırlıqdan xəbər vermir,bu Fərman ilk növbədə xalq,dövlət və ordu birliyinə də işarə edir.Bizim ordumuz güclüdür.Ordumuzun gücü gündən-günə artır.Ölkəmizin gözəl gələcəyi var.Azərbaycan xalqı,Azərbaycan dövləti mütləq  işğal olunmuş torpaqları azad edəcəkdir.Onu biz azad edəcəyik,biz! Bizim əziz zabitlərimiz,əziz Silahlı Qüvvələrimiz,torpaqlarımızın azad olunması  üçün hər gün hazırdırlar.Azərbaycan Ordusu dövlətin dayağı,xalqın güvənc yeri və qürur mənbəyidir.
Ölkədə hərbi vəziyyətin elan olunması erməni təxribatlarına adekvat cavabdır.Yaşından və sosial statusundan asılı olmayaraq,minlərlə insanın könüllü kimi orduya yazılma faktı Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu sübut edir.Ermənistan hərbi bölmələrinin Ermənistan-Azərbaycan sərhədində  növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək,həm də ölkə daxilində  müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür.
    Ölkədə hərbi vəziyyətin elan olunması millitarist ritorikanın davamı deyil.Bu fərman erməni işğalının qarşısının alınması siyasətinin davamıdır.
    Ölkədə hərbi vəziyyətin elan olunması və Azərbaycan Respublikası  Prezidentinin sözügedən Fərmanın xalq tərəfindən dəstəklənməsi dünya ictimaiyyətinə ünvanlanmış siyasi mesajdır.Bu Azərbaycan xalqına ruh yüksəkliyi verir və haqq uğrunda mübarizəyə səsləyir.Hərbi vəziyyət dövründə  mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə,müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin,vətəndaşların hüquq və azadlıqlarının  qismən və müvəqqəti məhdudlaşdırılmasını  nəzərdə tutan tədbirlər  vəziyyətin kəskinliyindən irəli gələn hüdüdlar çərçivəsində və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tətbiq edilir.
Azərbaycan dövləti bəyan etdiyi dəyərlərə sadiqdir.Azərbaycan Ermənistandan fərqli olduğundan daha böyük milli həmrəyliyin şahididir.Ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan,Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanatı milli birliyinin ən ali təcəssümüdür.Bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəyliyin şahididir.Ölkəmizdə “Hərbi vəziyyət elan edilməsi  haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ona dəlalət edir ki,Azərbaycan  höküməti və Azərbaycan xalqı artıq öz seçimini edib,bu seçim haqqın və tarixi ədalətin bərpa olunması qərarıdır.

Şirvan şəhər Tarix-Diyarşünaslıq Muzeyinin direktoru,
      Gülşən Vəliyeva.

Keçidlər