Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanın Ermənistanın torpaqlarında hərbi maraqları yoxdur.”

01 oktyabr 2020 | 16:00

Sentyabrın 29-da  “Rossiya-1” telekanalında yayımlanan  “60 dəqiqə” proqramında Azərbaycan – Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan veriliş efirə gedib. Verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıblar. Verilişin aparıcıları birinci olaraq sualları Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlayıblar. Azərbaycan Prezidenti cənab İlham Əliyevin həmin proqramda verdiyi müsahibədə bildirib ki, müharibəyə başlayan tərəf Ermənistandır. Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqləri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini , o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Azərbaycan təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idi. Döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub. Fəal döyüş əməliyyatları aparılır. Ermənistan  artıq bir neçə ay idi ki, hücuma, yeni müharibəyə hazırlaşırdı. Onların hərəkətlərinin və bəyanatlarının  xronologiyası aşkar göstərir ki, onlar bu təxribata şüurlu şəkildə gedirdilər. Prezident İlham Əliyev BMT Baş Assambleyasının tribunasından çıxış edərkən demişdi ki, Ermənistan müharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır. İyul ayında onlar dövlət sərhədində ki, yaşayış məntəqələrə silahlı hücüm etdilər. Bu, münaqişə zonasından uzaq bir yerdir. O vaxt bir dinc sakin və bir neçə hərbi qulluqçu həlak oldu. Döyüşlər dörd gün davam etdi. Ermənistan ərazisində heç bir hədəfimiz olmayıb və yoxdur. Buna görə də Ermənistan silahlı qüvvələri torpaqlarımızdan çıxarılandan dərhal sonra qarşılıqlı razılaşmaya əsasən atəş dayandırıldı.
  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin “Rossiya-1” telekanalında yayımlanan  “60 dəqiqə” proqramında bildirdi ki, Azərbaycan müzakirələrdə hər zaman konstruktiv olub. Azərbaycan danışıqlarda həmişə konstruktivlik nümayiş etdirib. Vasitəçilik missiyası üçün cavabdeh olan Minsk qrupunun həmsədrləri də bunu təsdiq edə bilər.
  Dövlətimizin başçısı Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür, Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır.

Yahyayeva Fəridə,
Şirvan şəhər Heydər Əliyev Mərkəzinin baş fond mühafizi.

Keçidlər