Şirvan şəhərinin ictimai-siyasi və sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar İcra Hakimiyyəti Başçısının geniş tərkibli şura iclası keçirildi.
17 iyul 2014 | 15:00
17.07.2014-cü il tarixdə saat 11.00-da YAP şəhər təşkilatının akt zalında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyulun 10-da Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda söylədiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələr və həmin dövrdə Şirvan şəhərinin ictimai-siyasi və sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar İcra Hakimiyyəti Başçısının geniş tərkibli şura iclası keçirildi. Geniş şura iclasında hüquq mühafizə orqanları, ictimai-siyasi təşkilatlar, idarə, müəssisə, təşkilat rəhbərləri və 150 nəfərdən çox ictimaiyyət nümayəndəsi iştirak etdi.