Azərbaycan tarixi ədalət uğrunda mübarizə aparır.
Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qalması erməni vəhşiliyinin daha bir nümunəsidir.30 ilə yaxın davam edən danışıqlar prosesi fonunda Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır” kimi sərsəm bəyanatı bir daha sübut edir bu işğalçı ölkə hər hansı sülh danışıqları aparmaq mənasızdır. Ermənistanın bu ilin iyulunda beynəlxalq hüquqa zidd olaraq Tovuz rayonu istiqamətində cəbhəyani ərazilərimizi, dinc mülki əhalini və yaşayış məntəqələrini intensiv atəşə tutmaqla təxribat törətməsi işğalçı ölkənin yeni müharibəyə hazırlığından xəbər verirdi.İşğalçı ölkənin bu çirkin təxribatı dəfələrlə təkrarlaması, müharibə hazırlığını daha intensivləşdirməsi artıq yeni müharibənin başlanmasına dəlalət edirdi. Onların hərəkətlərinin və bəyanatlarının xronologiyası aşkar göstərir ki, onlar bu təxribata şüurlu şəkildə gedirdilər. Prezident İlham Əliyev həm yerli həm də beynəlxalq tribunalardan “Ermənistan müharibəyə hazırlaşır onu dayandırmaq lazımdır” bəyanatı ilə bütün dünya ictimaiyyətini bu barədə məlumatlandırmışdır. Sentyabrın 27-də Ermənistanın başlatdığı təxribata Azərbaycanın adekvat cavabı özünü çox gözlətmədi. Milli Ordumuz əks hücumla düşmənin bütün mövqelərini darmadağın edərək düşməni geri çəkilməyə məcbur etdi. Bu Azərbaycanın öz torpaqlarının və haqlı mövqeyinin müdafiəsi üçün atdığı zəruri addımdır.Azərbaycanın mübarizəsi haqq ədalət mübarizəsidir. Azərbaycan öz torpaqları uğrunda mübarizə aparır və onun Ermənistan torpaqları ilə bağlı hansısa bir iddiası yoxdur. Azərbaycan Ordusunun gücü qarşısında lərzəyə gələn Ermənistan höküməti və onun küçə psixologiyasına xidmət edən baş naziri Nikol Paşinyan düşdüyü çıxılmaz vəziyyət qarşısında müxtəlif yalan dezinformasiyalar yayaraq özlərinin uydurma “qələbə” nağılı ilə xalqı aldatmaqla məşğuldur. İnformasiya məkanında Ermənistanın SU-25 döyüş təyyarəsinin Türkiyənin F-16 qırıcı təyyarəsi tərəfindən vurulması haqqında xəbər yayan Ermənistan beynəlxaq ictimai fikri çaşdırmağa cəhd göstərdi. Lakin dünya ictimaiyətini bu yalana inandırmaq mümkün olmadı. Çünki Azərbaycanın hərbi arsenalında F-16 qırıcı təyyarələrinin olmaması faktı tezliklə öz təsdiqini tapdı və ermənilər öz yalanları ilə növbəti də rüsvay oldular. Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə qardaş ölkə və müttəfiqdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır və beynəlxalq ictimai fikri çaşdırmaq məqsədi güdür. Digər tərəfdən guya Azərbyacanın hərbi əməliyyatlarda Suriyadan gətirilmiş muzdlu döyüşçülərdən istifadə etməsi iddiası isə tamamilə gülüncdür. Çünki, 2 milyon əhalisi olan Ermənistana qarşı Azərbaycan 10 milyon əhalisindən 10 minlərlə ehtiyatda olanları orduya çağırır və elə bu faktın özü kifayətdir ki, Azərbaycan təcavüzkara lazımi tarixi dərsi versin. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdikcə düşmən heç vaxt öz məkrli məqsədlərinə nail olmayacaq və müəzəffər şanlı Ordumuz hər bir torpağımızı düşmən tapdağından azad edəcək. Ədalət zəfər çalacaq.
Rəfiqə Rzayeva,
Şirvan şəhər 1 nömrəli tam orta məktəbin direktoru