Pakistan qardaş ölkədir
Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji münasibətlər, qardaş münasibətlərinə Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ilə bağlı Pakistanın Azərbayacana davamlı dəstəyinə görə, Pakistan İslam Respublikasına minnətdarıq.” Bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Pakistanın yeni təyin olunmuş səfirinin etimadnaməsinin qəbulu mərasimi zamanı çıxışında deyib. Ölkə başçısı, daha sonra əlavə edib. “Bütün məsələlərdə eləcə də Kəşmir məsələsi də Azərbaycan Pakistanı dəstəkləyir. Pakistan Ermənistanı Azərbaycanın torpaqlarını işğal etdiyinə görə tanımayan ölkədir. Bu qardaşlığın əsl nümunəsidir. Pakistanın Xarici İşlər naziri bu yaxınlarda Ermənistanın ölkəmizə qarşı təxribatı ilə bağlı bəyanat verib. Bu bəyanat haqq işimizi tam dəstəkləyir”.
Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı yeni hərbi təxribata başladı. Azərbaycan Ordusu adekvat cavab tədbiri gördü və onların yeni əraziləri işğal etmək planları uğursuzluğa düçar oldu. Azərbaycan Ordusu bir daha öz gücünü nümayiş etdirdi və erməni ordusu etdiklərindən peşmançılıq keçirmək məcburiyyətində qaldı. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistanın uzun illər ərzində təcavüzü və işğalı bütün infrastrukturun dağılmasına gətirib çıxarıb, Xocalı soyqırımından başqa, onlar mədəni soyqırımı da törədərək tarixi abidələri,məscidləri dağıdıblar. Onlar tərəfindən hələ dağıdılmayan məscidlər heyvan saxlamaq üçün istifadə edilir. Onlar bütün müsəlman dünyasını təhqir edirlər. Hansı rejimin hakimiyyətdə olmasından asılı olmayaraq onların islamofobiya və Azərbaycanofobiya siyasəti artıq Ermənistanın rəsmi ideologiyasına çevrilib. Paşinyan Ermənistanda diktator rejimi qurub. Ermənistan rəsmiləri BMT-nin 4 qətnaməsinə 30 ildir məhəl qoymayaraq yeni ərazilər uğrunda da yeni müharibə olacaq deyir.
Bu gün Pakistanın Azərbaycana verdiyi dəstək çox əhəmiyyətlidir. Azərbaycan əməkdaşlığımızın bütün illəri boyunca bu dəstəyi hiss edir. Bu mühüm məqamda Azərbaycanın yanında kimin durması aydın görünür. Bu gün yanımızda olanlar öz mövqelərini açıq şəkildə ifadə edən ölkələrdir - qardaş Türkiyə və qardaş Pakistan. Bu mühüm məqamda yanımızda olan Pakistandakı qardaşlarımız minnətdarıq. Türkiyə Prezidenti dəfələrlə açıq şəkildə bəyanat verib ki, Türkiyə Azərbaycanın yanındadır,Azərbaycan tək deyil. Azərbaycan kimin kim olduğunu görür, kimin yanında möhkəm dayandığını görür və bunu heç vaxt unutmayacaq.
Cavid Əliyev,
Şirvan şəhər Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi